Sinqapur Changi Aereportu (IATA: SIN, ICAO: WSSS) və ya Changi Aereportu, Sinqapurun şərqindəki Changi bölgəsində yerləşən beynəlxalq hava limanıdır. Changi Aereportu, Sinqapurun ən böyük hava limanıdır və eyni zamanda Cənub-Şərqi Asiyanın ən böyük hava limanlarından biridir.
1981-ci ildə fəaliyyətə başlayan Changi, bu gün təqribən 80 ölkədə 300 istiqamətə uçuşlar həyata keçirən əhəmiyyətli əlaqə mərkəzidir. Hər həftə orta hesabla 6,500 təyyarənin enib-qalxdığı Changi, 2014-cü ildə 54,1 milyon sərnişinə ev sahibliyi etmişdir.