Serbiyada nəqliyyat

Serbiyada nəqliyyat - bura dəmir, hava, avtomobil və çay nəqliyyatı daxildir.

Dəmir yol nəqliyyatı

Dəmir yolları Serbiyanın dünyanın digər dövətləri, ən əsası isə Avropa dövlətləri ilə əlaqənın mühüm vastələrindən biridir[1]. Əsas dəmir yol şəbəkəsi şimal-qərbdən cənub-şərqə uzanır: Macarıstanla sərhəddən — Subotisa — Novi-Sad — Belqrad — Lapovo — Hiş, sonrakı uzantısı: Niş — Preşevo — Makedoniya sərhəddinə qədərNiş — Dimitrovqrad — Bolqarıstan sərhəddinə qədər. Bu əsasən istiqamətdən dörd xətt uzanır:

Belqrad şəhərində Belqrad şəhər ətrafı elektrikli dəmir yolu mövcuddur.

Avtomobil yolları

Avtomobil yolları uzunluğuna görə ölkənin ən əsas nəqliyyat əlaqəsini təşkil edir. İlk avtomagistral 1950-ci ildə açılmışdır. Qardaşlıq və Birlik şosesi BelqradZaqreb arasında əlaqəni təmin edilirdi. Sonradan şose LyublyanaSkopye istiqamətində ucadılmışdır. XXI əsrdə avtomagistralların genişləndirilməsi üçün imkanlar vardır. 2011-ci il məlumatlarına görə avtomagistralların ümumi uzunluğu 1,372 km təşkil edir.

Su nəqliyyatı

Belqrad limanı (serb. Лука Београд) Dunay çayının sol sahilində Sava çayının onunla birləşdiyi yerdə qərarlaşir. Şəhər mərkəzinə yaxın, 250 ha ərazini əhatə edir. İki naviqasiyaya malik çayın qovşağında yerləşməsi onun əhəmiyyətini artırır. Dunayla hətta beynəlxalq yüklər belə daşınır

Hava nəqliyyatı

Ölkədə ən böyük və beynəlxalq reysləri qəbul edən hava limanı Nikola Tesla adına Belqrad hava limanıdır. Bu hava limanı həm də yerli reysləri qəbul edir. Niş şəhərində yerləşən hava limanı isə ölkənin ikinci böyük hava limanıdır. Buradan bir sıra beynəlxalq çater reysləri təşkil olunur. Bununla belə ölkənin cənubu və Voyevodinada hələ də hava limanı yoxdur. Bu isə bölgələrin mənimsənilməsinə müəyyən maneələr törədir.

İstinadlar

  1. "SERBIAN RAILWAYS - General information". 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!