Sent-Vinsent — Karib dənizində yerləşən vulkanik mənşəli ada. Kiçik Antil adaları arxipelaqında yerləşir.
Sent-Vinsent və Qrenadin dövlətinin ərazisinin əsas hissəsini təşkil edir. Sent-Lüsiya və Bekiya adaları arasında yerləşir. Sahəsi 344 km²-dır.
Sent-Vinsent adasının əsas hissəsini dağlar və meşəliklər təşkil edir. Ən hündür nöqtəsi Sufier vulkanıdır (1234 m). İqlimi tropik, passa və rütübətlidir. Ən çox yağıntı may-noyabr aylarında düşür. Tez-tez güclü tufanlar müşahidə olunur.
Əhalisi 116 min nəfərdir (2001). Əsasən zəncilərdən ibarətdir (66%). Mulatlar 19%, qara kariblər (hariflər - zənci və hindu kariblərin qarışığı), avropalılar (ingilis və portuqaliyalılar) 3,5 %, hindlilər 5,4%, hindular 2%. Rəsmi dili ingilis dilidir. ingilis ləhcəsində danışılır.
Əsas şəhəri və limanı Kinqstaundur. Adada hava limanı var.