Məzmun
Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.[1]
Film haqqında
- Film 400 min dollara başa gəlib. Film Bakıfilm kinostudiyasının ən yaxşı siyasi-tarixi filmidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi)
- Quruluşçu rejissor: Məsud Abpərvər
- Quruluşçu operator: Haşem Gerami
- Bəstəkar: Arman Musapur
- Səs rejissoru: Əsgər Abqun
- Baş prodüser: Vahid Mustafayev
- Montaj edən: Bəhram Abpərvər
- İkinci rejissor: Əliqulu Səmədov, Naili Süleymanzadə
- Səhnələrə məsul: Məryəm Mehdiniya
- Operator: Hikmət Əsgərov
- İcraçı prodüser: Rafiq Əliyev
Rollarda
- Elşən Rüstəmov — Əli Talıbov
- Kazım Abdullayev — Zorik Babayan
- Sevinc Əlişova — Natəvan
- İlqar Musayev — Malik
- Nazir Rüstəmov — Robert Köçəryan
- Əlibala Ələsgərov — Serj Sarkisyan
- Məzahir Süleymanov — Vladimir Mujaylo
- Namis Şirməmmədov — Robik
- Şahmar Qəribli — professor
- Əliqulu Səmədov — Beydulla Fətəliyev
- Telman Əliyev — polis rəisi Nurbalayev
- Ramin Şıxəliyev — növbətçi polis nəfəri
- Toğrul Rza — Abbas
- Elxan Rza — Məmmədov
- Zümrüd Qasımova — pozğun qadın
- Məhərrəm Musayev — mitinqdə kişi
- Novruz Qartal — erməni polis rəisi
- Yalçın Səlimov — lift təmirçisi
- Rauf Ağakişiyev — lift təmirçisi
- Habil Hümbətov — gözətçi
- Aliyə Mikayılova — Zorikin anası
- Rahib Əliyev — Zorikin atası
- Fazil Mürsəlbəyov — taksi sürücüsü
- Qurban Səlimov — prezident
- Bəxtiyar Quliyev — prezidentin köməkçisi
- Arzu Şahverdiyev — icra başçısı
- Sevda Həsənova — icra başçısının müavini
- Vüqar Hüseynov — mühafizəçi
- Urfat Quliyev — mühafizəçi
- Elçin Qəyami — mühafizəçi
- Ramin Qədimov — mühafizəçi
- Nazim Qurbanov — mühafizəçi
- Samir Əliyev — mühafizəçi
İstinadlar
Xarici keçidlər