Rafiq Əliyev (operator)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rafiq Əliyev.
Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser.
Həyatı
Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur.
Filmoqrafiya
- Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) — operator assistenti
- Yolda adamlar (film, 1986) (sənədli film) — operator
- Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) — quruluşçu operator
- Monoloq (film, 1987) (sənədli film) — operator
- Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (sənədli film) — operator
- "Neftçi"-87 (film, 1987) (sənədli film) — operator
- Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) (sənədli film) — operator
- Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) — quruluşçu operator
- Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) — quruluşçu operator
- İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) (sənədli film) — operator
- Son tamaşa (film, 1989) (sənədli film) — operator
- Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) — quruluşçu operator
- Qisas (film, 1991) (qısametrajlı bədii film) — quruluşçu operator
- "Lalə" qızlar ansamblı (film, 1991) (sənədli film) — operator
- İntihar (film, 1991) ("Mozalan" süjeti) — operator
- Şəbi-hicran (film, 1993) (sənədli film) — operator
- Hökm (film, 1994) (tammetrajlı bədii film) — quruluşçu operator
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quruluşçu operator
- Müstəqilliyin keşiyində (film, 1996) (sənədli film) — operator
- Güllələnmə təxirə salınır!... (film, 2002) (tammetrajlı bədii film) — quruluşçu operator
- İnsan (film, 2003) (sənədli film) — operator
- Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) — quruluşçu operator
- Seçilən (film, 2008) (tammetrajlı bədii film) — icraçı prodüser
- İtirilmiş həqiqət (film, 2008) (tammetrajlı bədii film) — quruluşçu operator
- Qaydasız döyüş (teleserial, 2009) (serial) — quruluşçu operator; istehsalat rəisi
- Bulağıstan (film, 2009) (qısametrajlı bədii film) — istehsalat rəisi
- Sonuncu akkord (film, 2017) (sənədli film) — operator
- İki dünya arasında (film, 2017) (sənədli film) — operator
- Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017)[1][2][3] (sənədli film) — operator
- Şuşanın dağları qara dumanlı (film, 2017) (sənədli film) — operator
- Orkestr və mən (film, 2017) (sənədli film) — operator
- Əfsanə (film, 2017) (bədii-sənədli film) — operator
- Qara dəlik (film, 2017) (qısametrajlı bədii film) — quruluşçu operator
- Əliaçıq xəsis (film, 2017) (bədii-sənədli film) — operator
- Cavabsız sual (film, 2017) (sənədli film) — operator
- Ölməz Murtuza (film, 2017) (bədii-sənədli film) — operator
- Həqiqət sorağında (film, 2017) (sənədli film) — operator
İstinadlar
Mənbə
|
|