Sahibüləmr məscidi (fars. مسجد صاحبالامر) və ya Şah Təhmasib məscidi - Təbriz şəhərinin Sahibabad meydanında yerləşən məsciddir. Səfəvi hökmdarı I Şah Təhmasibin dövründə tikilmişdir və tarix boyunca dəfələrlə dağıdılmış və bərpa edilmişdir. Sahibüləmr XII Şiə imamı İmam Mehdinin titullarından biridir və komandanların rəhbəri mənasına gəlir.[1][2]
2001-ci ilin 10 oktyabrında 4196 saylı qərarla İranın milli dəyərləri siyahısına salınmışdır.
Tarixi
Məscidin tikilmə tarixi dəqiq olaraq bilinməsə də, Səfəvi hökmdarı I Şah Təhmasibin dövründə Şahibabad meydanının şərq hissəsində tikilmişdir. 1638-ci ildə Təbriz şəhəri Osmanlı hökmdarı IV Murad tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır. Lakin, şəhər tezliklə Səfəvilər tərəfindən azad edilmiş və məscid yenidən bərpa edilmişdir. Lakin, az sonra baş vermiş zəlzələ nəticəsində məscid yenidən dağılmışdır. Buna görə də, məscid və məscidin yerləşdiyi meydan Qulu xan Dünbüli tərəfindən bərpa edilmişdir.[1]
Xalq məscidə XII Şiə imamı İmam Mehdinin titullarından biri olan Sahibüləmr adını vermişdir.[2]
Qalereya
-
Girişin görüntüsü
-
Daxildən görüntüsü
-
-
-
-
Həmçinin bax
İstinadlar
|
---|
Tarixi abidələr | | |
---|
Dini abidələri | |
---|
İstirahət məkanları və parklar | |
---|
Muzeylər | |
---|
Mədəniyyət və incəsənət | |
---|
Elm və təhsil | |
---|
İdman kompleksləri | |
---|
Nəqliyyat | |
---|
Körpü, meydan və küçələr | |
---|
Tarixi evlər | |
---|
İqtisadi və sənaye müəssisələri | |
---|
İdarəetmə orqanları | |
---|
Dağıdılmış abidələr | |
---|