Həriri evi

Həriri evi
fars. خانه دكتر حريري
Xəritə
38°04′33″ şm. e. 46°17′33″ ş. u.HGYO
Ölkə
Şəhər Təbriz
Yerləşir Təbriz
Aidiyyatı Qacarlar dövləti
Tikilmə tarixi XIX əsr
Həriri evi (İran)
Həriri evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həriri evi (fars. خانه دكتر حريري‎) — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev.[2] Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir.[3]

Haqqında

Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib.[4] Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.[5]

Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib. Daxili hissə xarici binaya qoşularaq Pərvəriş məktəbinin küçəsi vasitəsilə Tərbiyət küçəsinə bağlanır[6].

Mətbuat muzeyi

Binanın birinci mərtəbəsində 2017-ci ildən etibarən "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. Muzeyin yaradılması haqqında qərar beş il öncədən verilsə də muzey 2017-ci ilin avqust ayında açılıb. Açılış mərasimində Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur Azərbaycanı ölkə mətbuatının öncül bölgəsi adlandırıb. Daha sonra isə o deyib:[7]

" Dərin və geniş məzmunlu keçmişə malik olan Azərbaycan mətbuatının bir muzeyə ehtiyacı var idi. Azərbaycan mətbuatının tarixi ilə bağlı nümunələri pərakəndə şəkildə müxtəlif müəssisələr, orqanlar və insanlarda görmək mümkündür. Lakin onlar toplanmalı və bu muzeydə saxlanılmalıdır. Belə olan halda, muzeyə baş çəkən xarici və daxili turistlər Şərqi Azərbaycanın mədəniyyət tarixi ilə tanış ola bilərlər. "

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "خانه حریری تبریز ([[Azərbaycan dili|azərb]]. Həriri evi Təbriz‎)" (fars. ‎). junketime.ir. 20 noyabr 2017. 2 aprel 2019 tarixində arxivləşdirilib.
  3. "Təbrizdə "Azərbaycan Mətbuat Muzeyi" açılıb". baymedia.az. 10 avqust 2017. 2 aprel 2019 tarixində arxivləşdirilib.
  4. "Həririnin evi Təbrizin qəlbində tanımadığımız bir ev". anaj.ir. 29 may 2017. 2 aprel 2019 tarixində arxivləşdirilib.
  5. "Həriri evi". 2018tabriz.org. 2 aprel 2019 tarixində arxivləşdirilib.
  6. Hamid Məlikoğlu. "Təbrizin unudulmuş tarixi evləri" (az.). Amerikanın səsi. 9 avqust 2020. 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  7. "Təbrizdə "Azərbaycan Mətbuat Muzeyi" açılıb". gunaz.tv. 10 avqust 2017 tarixində arxivləşdirilib.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!