Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti.
Həyatı
Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır.[1]
1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır.
1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
1998 və 2004-cü illərdə Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi olmuşdur.
Ailəlidir, 3 övladı var.
Siyasi fəaliyyəti
Sabit Bağırov 21 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Fondunun İcraçı direktoru təyin olunmuşdur.[2] Bu vəzifədən 4 avqust 1993-cü il tarixində azad edilmişdir.[3]
1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.
Hazırda Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür.
“Azneft” İstehsalat Birliyi • “Azəriqaz” İstehsalat Birliyi • “Azərikimya” İstehsalat Birliyi • “Geologiya və Mühəndis Geologiyası” İstehsalat Birliyi • Neft Kəmərləri İdarəsi • "Azərneftyağ" NEZ • "Azərneftyanacaq" NEZ • Caspian Broadcasting Company
Törəmə şirкətlər
SOCAR Turkey Enerji A.Ş. • Azerbaijan (ACG) LTD • Azerbaijan (Shah Deniz) LTD • Caspian Drilling Company • SOCAR Energy Georgia LLC • SOCAR Overseas LLC • SOCAR Trading Holding • Azerbaijan (BTC) LTD • Cooperative Menkent U.A. • SOCAR Energy Holdings AG • SOCAR Energy Ukraine • Azerbaijan (SCP) LTD • SOCAR Petroleum CJSC • Baku Shipyard LLC • SOCAR Polymer Investments LLC • BOS Shelf LLC • Gacrux Middle East Investment Holding LTD • ООО «SOCAR Green» • SOCAR AQS
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!