SSRİ Müdafiə Nazirliyi — Sovet İttifaqında dövlət nazirliyi. Nazirliyin başında SSRİ Müdafiə Naziri dururdu, o, Sov.İKP MK Siyasi Bürosunun üzvü ola bilərdi.
SSRİ dağılandan sonra nazirlik ləğv edildi, respublikalarda müdafiə nazirlikləri yenidən təşkil olundular və hər bir respublikanın hökumətlərinə tabe olundular:
Baltikyanı ölkələr, Ukrayna, Moldova və Gürcüstan istisna olmaqla, MDB ölkələrinin silahlı qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil oldular.
1992-ci ilin yanvar ayının sonlarında SSRİ Müdafiə Nazirliyi özünü MDB Silahlı Qüvvələrinin əsas komandanı adlandırmağa başladı[4]. Ancaq 20 Mart 1992-ci ildə MDB Dövlət Başçıları Şurasının qərarı ilə SSRİ Müdafiə Nazirliyinin bazası əsasında MDB Silahlı Qüvvələrinin Ali Komandanlığı rəsmi olaraq yaradıldı[5][6].