Səttar Bəhlul oğlu Bəhlulzadə (2 (15) dekabr1909, Əmircan, Bakı qəzası – 13 oktyabr1974, Moskva) — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur.[1] Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub.[2] Hal-hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir.
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur.[3] Atası ona həmin il yanvar ayında vəfat edən qardaşı Əbusəttarın adını vermişdi. Səttar ərəbcə "örtən", "gizlədən" deməkdir. Məktəb illərində riyaziyyat fənninə olan marağı və istedadına görə ilk əvvəllər onun rəsm çəkməsinə yaxınları keçici bir həvəs kimi yanaşmışdılar. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer idi və burada kişilər əsasən tarla və bağlarda işləyirdilər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərmir, rəsm çəkməyi uşaq hobbisi sayırdılar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayır. Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərir.[4] Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alır. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilmişdir. Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam ettirməyi tövsiyə edir. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olur.[5] Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs almışdır. 3-cü kursda olarkən müəllimi tanınmış rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edir. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edir və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirir. Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı "Qadın Model" (1939) və "Qaraçı qadın" (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarırdı. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayırdı.[5] Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçmiş və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıtmışdır. 1940-cı ildə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməmişdir. Hər iki əsər hal-hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməmiş, səbəbini soruşanlara isə "diplomsuz rəssam olmur?" cavabını vermişdir. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilmişdir. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılır.[6]
Yaradıcılığı
Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutmuşdu. 1945-ci ildə ərsəyə gətirdiyi Qubalı Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Bəhlulzadə bildirir ki, Babək üsyanı tablosu müəllimləri tərəfindən bəyənilmiş və ona tarixi mövzularda çalışmağı tövsiyə etmişdilər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməmiş və mənzərə janrında əsərlər yaratmağa başlamışdır. Bu dövrdə Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir"[7]. Rəssam ölkənin bir çox yerlərini xüsusilə Abşeronu gəzib dolaşmış, gördüklərini "Buzovna neft mədənləri", "Bilgəh", "Əmircan", "Zağulba","Sübh çağı", "Maştağaya yol" əsərlərində kətan üzərində təsvir etmişdir. 1946–1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri nümayiş etdirilmişdir. Beləliklə ilk dəfə təbiət janrında müəyyən təcrübələr aparan rəssam "Yol", "Buzovna" kimi əsərlərini sənətsevərlərə təqdim edib, müsbət reaksiyalar aldıqdan sonra "Xəzərdə axşam", "Əmircan", "Əbədi palıdlar", "Abşeron tacı" kimi əsərləri ərsəyə gətirmişdir.[8]
1950-ci illər
Rəssam 1950-ci illərdə Quba ərazisinə səyahət etmiş və Qubanın təbiətinə həsr olunmuş silsilə əsərlər yaratmışdır. Sənətçi Quba təbiətinin gözəlliyini "Qudyalçay sahili", "Qızılbənövşəyə gedən yol", "Bahar nəğməsi" adlı əsərlərində təsvir etmişdir. "Qızbənöşəyə yol" tablosunda Quba bölgəsinin təbiətini, lirik mənzərələrini əks etdirən rəssam "Bahar nəğməsi" əsərində Şahdağın ağ zirvəsinə doğru uzanan geniş ərazini boyalardakı ahəng və rəng zənginliyi ilə təsvir etməklə tabloya monumental keyfiyyət qazandırmışdır.[9] 1954-cü ildə çəkdiyi "Yaşıl xalça" və "Bağlar arasında" tablolarında hissə-hissə toxundurduğu ağ ləkələrlə ritm və rəng ahəngini vahidlikdən çıxarmışdır. 1955-ci ildə rəssam Azərbaycanın cənub bölgəsi olan Lənkərana yollanır. Rayonun təbiətindən ilhamlanan rəssam "Doğma düzənliklər" (1957) tablosunda geniş düzənlikləri, yamyaşıl ağacları, yaşılbaş ördək və quş sürülərini təsvir etmişdir. Əsər 112x270 ölçüsündə üfüqi çizgidə rəsm edilmişdir.[10]
Sonralar Azərbaycanın digər bölgələrindən biri Qarabağa səyahət edərək burada zəngin etüd və rəsmlər çəkib. 1956-cı ildə Qarabağ-Şuşa bölgəsində çəkdiyi silsilə əsərlərində -"Cıdır Düzü", "Çaxmaq meşəsi, "Dumana bürünmüş dağlar" kimi onlarla başqa rəsm əsərlərində bölgənin poetik gözəlliyini əks etdirmişdir. "Cıdır Düzü" və "Dumana bürünmüş dağlar" tablolarında səmada buludların arasından süzülərək keçən günəş şüaları və gümüşü-mavi rənglərin ahəngindən istifadə edən rəssamın dağ təsvirləri emosional effekti gücləndirib. [11]Bu əsərlər silsiləsi 1957-ci ildə əvvəlcə Moskvada, sonra isə Bakıda uğurla nümayiş etdirilmişdir. Rəssam beş ildə (1952–57) Quba və Şuşa rayonlarında çəkdiyi mənzərə silsilələrində təbiətdə mövcud olan rəngləri bütün incəlikləri ilə araşdıraraq kompozisiyasını zənginləşdirməyə nail olmuşdur. Bu rəsmlərdə rənglərin harmoniyası, rəng keçidləri və onların yaratdığı lirizm, romantik ruh diqqəti cəlb edir.[11]
1960-cı illər
1960-cı illər Səttar Bəhlulzadənin yaradıcılığında kəskin dönüş nöqtəsi oldu. O, kompozisiya həllində əhəmiyyətli dəyişikliklər etdi.[12] Bundan əlavə, rəsmlərində fərqli hissələrin inteqrasiyasının, başqa sözlə, bütünlə birləşməsinin ön plana çıxdığını görürük. Rəssamın son rəsmlərində kölgə yerini təzadlı rənglərə verib. Bütün bu köklü dəyişikliklərlə yanaşı, rəssamın gerçəkliyə, canlı təbiətə emosional ifadə dili ilə yanaşması Azərbaycan sovet rəssamlığı tarixində bir ilk sayıla bilər. Rəssam vətəninin daim dəyişən, yeniləşən təbiətini fırçası ilə bəzən poetik-emosional, bəzən sərt həyəcanlı bir ifadə ilə təsvir etmişdir ("Torpaq, Su, Günəş və Əmək " 1961, "Torpağın arzusu" 1963 , "Gülüstan" 1965, "Araqvi" 1960 və s.). Bu əsərlər zəngin rəngləri, mükəmməl üfüqü və kompozisiya quruluşu ilə diqqəti cəlb edir. Bu mənzərələrin mövzusu olan bölgələr bir çox rəssamlar tərəfindən təsvir edilmişdir. Bununla belə, Behlulzadə "sosialist realizmi"nin estetik prinsiplərindən və reallığa həddən artıq bağlı olan sənətkarlardan, xüsusən də bu silsilə əsərlərində öz fərqliliyini nümayiş etdirmişdir.[12]
Yaradıcılığının bu dövründə ən önəmli nüanslarından biri rəssamın mavi rəngdən və onun tonlarından istifadə edərək yaratdığı əsərlər idi. Bunlar bu dövrün orijinal və təzadlı sənət əsərləridir. Bu əsərlərə "Xəzər gözəli" (1961), "Mavi əfsanə" (1961), "Petrol daşları" (1961), "Kür boyu", "Əbədi alov", "Mavi göl", "Kəpəzin gözyaşları" tablolarını nümunə göstərmək olar. Rəssam 1961-ci il, 75x120 sm ölçülü "Mavi əfsanə" adlı əsərində Bakı sahilində mavi səmanın sonsuzluğunda bir axşam təsvir etmiş və əsərə emosional "romantik" anlar qatmağa nail olmuşdur.[11]
Rəssam 105x150 sm ölçüdə 1965-ci ildə tamamladığı "Kəpəzin gözyaşları" əsərində günəşin doğuşunu təsvir edərkən isti və soyuq rəng və tonlardan birlikdə istifadə etmişdir. Burada rənglərin tonal zənginliyini dar çərçivəyə sığdırmadan fəlsəfi təfəkkürlə təsvir etdiyi görünür. Əsərdə ön planda insanların içini isidən sarı və qırmızı kimi rənglərlə yanaşı arxa planda soyuq xəyal effekti yaradan mavi və onun tonlarından istifadə olunub. Bu Səttar yaradıcılığına xas bir nüansdır.[13]
Azərbaycan təsviri sənət tarixində lirik mənzərə janrının banisi olan Səttar Bəhlulzadənin əsərlərində 1940–1950-ci illərdə realizm ənənələri üstünlük təşkil edirdisə, sonrakı illərdə onun realizmdən fərqli fərdi üslubunun formalaşmasını, artıq Bəhlulzadə dəst-xəttinin meydana gəldiyini aydın görürük. Ümumiyyətlə, 60-cı illərdə Behlulzadənin mənzərələri ənənəvi təsvir sənətinə yenilik gətirmişdir.[14]
Bu dövrdə Səttar Behlulzadəyə sərgilərində sənətsevərlərlə yanaşı, dövrün T. Salahov, T. Nərimanbəyov, M. Cavadov, E. Rzaquliyev kimi gənc və dinamik rəssamlar da dəstək vermişdilər. Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni tərif edərkən bunları söyləmişdir:
"Səttar şəxsiyyəti Azərbaycanımızın təbiəti kimi lirik, yumşaq və poetikdir. Onun insani tərəfi və yaradıcılığı çox oxşardır, biri digərini tamamlayır. İllər keçsə də, Bəhlulzadənin rəngarəng siması, yüksək sənəti hələ də bir çox rəssamları ruhlandırır. Çünki Səttarın böyük sənəti Azərbaycanın özü kimidir".[13]
O zaman Azərbaycan KP MK-nın ikinci katibi (sədr müavini) olan P. M. Yelistratov Bakıda işlədiyi müddətdə bir neçə dəfə Bəhlulzadənin emalatxanasına baş çəkmişdir. Hətta P. M. Yelistratov 1965-ci ildə Kislovodskdan Səttar Bəhlulzadəyə məktub yazmışdır. İstirahət zamanı Səttarın anasının vəfat etdiyini eşidən partiya işçisi bu məktubunda rəssama başsağlığı bildirib, onun sənətkarlığına olan rəğbətini dilə gətirmişdir.[15]
Yaradıcılığının son dövrü
Sonrakı illərdə Azərbaycanın bütün bölgələrinə səyahət edən Bəhlulzadə hər bölgəyə xas rənglərlə hazırlanmış silsilə əsərlər çələngi yarada bilmişdir. Quba təbiətinə həsr olunan əsərlərdəki motiv, əhval-ruhiyyəyə Naxçıvan bölgəsini əks etdirən silsilə əsərlərində rast gəlmirik. Özünün də etiraf etdiyi kimi: "Naxçıvanın torpağı rəngarəngliyinə görə başqa bölgələrdən fərqlənir." ("İlandağ" 1969, "Dağlarımız" 1971 və s.).
Bəhlulzadə yaradıclığının son illəri rəssamın ustalıq illəri sayılır. İllərlə apardığı araşdırmalar nəticəsində kompozisiyanı yerləşdirməkdə dəqiqliyi, özünəməxsus rəng çalarları, ölçüləndirməkdə, işıq və kölgə yaratmaqda üstün məharəti Səttarın bu dövrdə Azərbaycan rəssamlığına gətirdiyi yeniliklər idi. Rəssam bu dövrdə lirik əsərlər yaratmağa davam etmişdir. Bu mərhələdə "Tut ağacı" (1970), "Azərbaycan bağlarında" (1970), "Dədəgünəş" (1970), "Göyçay" (1970), "Xəzər sahili" (1971), "Suraxanı torpağının qədim alovları" (1971), "Qədim Şamaxı" (1971), "Payız" (1972), "Şahnabad" (1972), "Əfsanəvi diyar" (1973), "Qırmızı mənzərə" (1973), "Azərbaycan nemətləri" " (1974), "Laza ətrafı" (1974), "Dağ gölü" (1974) və s. kimi əsərləri rəsm etmişdir.[13]
Rəssam 250x180 sm, 1970-ci il "Azərbaycan nağılı" əsərində reallıqdan tamamilə uzaqlaşaraq əsəri şamlarla bəzəmiş, novruz bayramına aid olan bütün əşyalardan istifadə etmişdir. Rəssam bu əsərində nimçələrə boyanmış yumurtaları, rəngli bağlamalara bükülmüş konfetləri, qablara qoyulmuş şirniyyatları, çayın şəffaf suyunun tonlarını müxtəlif rəng çalarları ilə birləşdirib. Əsərin dərinliyində görünən dağlardan əsən küləkdə rəssam yaz fəslinin təravətini və Novruz bayramının canlılığını təsirli şəkildə təsvir etmişdir. Onun bu mənzərədə yerləşdirdiyi "natürmort"u və Azərbaycan torpaqlarının məhsullarının təsviri yeni yaradıcılıq silsiləsi kimi xüsusi yer tutur.[13]
Həyatının son illərində rəsm etdiyi "Əfsanəvi torpaq" (1973) əsərində də ön plandakə natürmortu əhatə edən sular, gül çələngləri, dağlar əlvan rənglərlə vurğulanmışdır. Rəssam təsvirində ön plana çıxardığı meyvələr ilə müxtəlif xalqların bu torpaqlarda yaşaması və "müxtəlif əlvan" mədəniyyətlərin bu torpaqlarda yaradılmış sənət əsərlərini zənginləşdirməsini təsvir etmişdir.[13]
Rəssam bütün yaradıcılığı boyu müxtəlif ölçülü əsərlər yaratmışdır. Onun ən kiçik əsəri 7,5x6,5 sm ölçüdə olan "Budaq"dır (1953). Ən böyük əsəri isən125x325 sm ölçüdə "Bizim payız"dır (1969). Hər iki əsərin mövzusu və ölçüsü bir-birini tamamlayır. Bu əsərlərin mühüm xüsusiyyəti odur ki, rəssam böyük və kiçik ölçülü əsərlərində həmişə monumentallığa üstünlük vermişdir.[11]
Səttar Bəhlulzadənin sənətsevərlərin və münsiflər heyətinin üzvləri tərəfindən böyük rəğbət görən altı əsəri 1972-ci ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür ("Mərdəkan bağlarında", "Azərbaycan Nağılı", "Piti", "Şahnabad dağları", "Suraxani torpağının qədim alovları", "Kəlağayı ilə Natürmort")[16].
Natürmort və qrafika əsərləri
Bəhlulzadənin bütün yaradıcılığı boyu çəkdiyi natürmortlar da mənzərələri ilə yanaşı estetik üstünlüyü ilə də diqqət çəkir. Dünya incəsənət tarixində önə çıxan fransız və flamandnatürmort janrlarını tədqiq edən rəssam öz dönəmində özünəməxsus natürmortlar ərsəyə gətirmişdir. Belə ki, "Gəlin guşəsi" (1970) kimi tablolar zəngin və təkrarolunmaz rəng müxtəlifliyi ilə seçilir[17]. Eyni zamanda, bu əsərlər nikbin hisslərlə doludur. Bu mənada ənənəvi həyat tərzimizi ifadə edən "Piti" və " Kəlağayı ilə natürmort" bu xüsusiyyətlərə malikdir. Bu kompozisiyalarda mənzərə və natürmort tərzlərinin birgə istifadəsi milli rəssamlıq sənətimizdə bir ilk olmuşdur. Bəhlülzadə natürmortuna ekzotik, qeyri-real əşyalar daxil etməyib. Piti ilə doldurulmuş qablar, Abşeron rayonunun qum səpilmiş meyvə və tərəvəzləri, gəlin guşəsini bəzəyən əşyalar, köhnə mis əşyalar bu əsərlərin əsas obyektidir.[18]
Səttar Bəhlulzadənin qrafika sahəsindəki əsərləri "Şamaxı ətrafı" (1964), "Günəş" (1966), "Dağların möcüzəsi" (1967)) və "Tut ağacı" (1966) qara çalarlarla hazırlanmış əsərlərdir. Buradakı xətti şərhlər sərbəst və səlis, həm də dramatikdir. Ümumiyyətlə qara və ağ xətlərlə yanaşı bəzən, təbiətin dəyişkən rəng ruhunu və istiliyini vurğulamaq üçün isti rənglərə də yer verilmişdir[19]. Bunlara misal olaraq "Quba motivi" (1965), "Qara çıraq" (1965) kimi əsərləri göstərmək olar. Bu qrafika əsərlərdə çətin formalı mənzərə kompozisiyaları yaradan cizgilərin ritmi, işıq-kölgənin kontrastının yaratdığı bədii ruh ön plana çıxır. Rəssam qrafika əsərlərini yağlı boya ilə çəkdiyi rəsmlərlə müqayisə edərkən onları ikinci dərəcəli əsərlər hesab etsə də, 1966-cı ildə Çexoslovakiya rəssamlarının və sənətsevərlərin marağından sonra onlara daha ciddi yanaşmağa başlayıb.[20] 1966-cı ilin yazında Praqadakı "U Rjeçitski" qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı.[21] Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi idi. Böyük uğurla keçirilən sərginin açılışında rəssam: "Mən yağlı boya ilə işləyən rəssamam, bu əsərlər yağlı boya ilə çəkdiyim rəsmlərin infrastrukturudur. Mənim emalatxanamda yüzlərlə (600–800) belə əsər var. Bu infrastruktur işləri mənim müşahidələrim nəticəsində ortaya çıxan qara çalarla etdiyim əsərlərdir" demişdir. Bu sərgidən sonra digər Şərq Bloku ölkələrindən dəvət alsa da, başqa bir ölkədə sərgi açmadı. Onu da əlavə edək ki, rəssam Praqa sərgisində müəlliflik hüququndan imtina edərək, bir neçə əsərini qalereyaya, Praqa Milli Qalereyasına və Çexoslovakiya Rəssamlar İttifaqına hədiyyə edir. Ölümündən sonra onun qrafik işləri 1977-ci ildə Moskva Rəssamlar İttifaqının qalereyasında nümayiş etdirilir.[22]
Rəssamın qrafika əsərləri müxtəlif texnikalarda işlədiyi mənzərələr, natürmortlar, Füzuli dünyasına həsr olunmuş rəsmlərdən ibarətdir. Onun Füzuli poeziyasına məhəbbətini əks etdirən rəsmləri geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.[23]
Rəssamın "Füzuli" adlı qrafika əsərləri arasında 60–70-ci illərdə çəkdiyi portretlər xüsusi diqqəti cəlb edir. "Qəzəlxan" (1968) portretində Füzuli bahar olduğu halda üzü gülməyən, öz aləmində, qəm-qüssə ilə mübarizə aparan, başqa sözlə, gözəllik və kədərlə ziddiyyət təşkil edən bir şair kimi təsvir edilmişdir. Füzulinin kədərini dərindən hiss edən rəssam "Şəmi-Qəriban" (1969), "Əhli Təmkinim" (1969), "Məcnun" (1966) əsərlərində yanan şamı şairlə üz-üzə qoymuş, şairin kölgəsi onun bəla ortağı kimi təsvir edilmişdir. Bəhlulzadənin Füzuli sətirlərindən ilham alaraq çəkdiyi Füzuli portretləri arasında ən uğurlusu "Ehli Təmkinim" portretidir. Əvvəlki portretlərdən fərqli olaraq o, qaranın zərif və açıq çalarlarını istifadə edərək obrazın daxili hisslərini açmağa çalışıb. O, bu tona qatdığı sətirlərlə personajın psixoloji təsirini daha da zənginləşdirib.[24]
İlk dövr qrafika əsərlərində rəssam, əsasən, Füzuli və Məcnun obrazlarına müraciət etmişdir ("Məcnun Ağlar, Mum Ağlar…" 1960). İkinci dövr əsərlərində (ömrünün son dövrləri) Leyla obrazları daha çox diqqət mərkəzindədir. Bu işlərin çoxu rəngli flomasterlərlə rəsm edilib. Qırmızı, mavi rənglər Leylanın sevdiyi, sevildiyi günlərin, ağ, qara rənglər isə yaşadığı hüznlü, kədərli günlərin bədii ifadəsidir.[25]
Ölümü
1973-cü ilin avqust ayında toksemiya — qanın zəhərlənməsi ilə rəssamın səhhətində ciddi problemlər yaşayır. O, bir müddət Bakıda Sabunçu xəstəxanasında müalicə olunsa da, vəziyyəti yaxşılaşmır. Həmin il rəssamın Moskva şəhərində fərdi sərgisi açılır. Rəssam həm sərgidə iştirak etmək həm də müalicə məqsədilə dostlarının maddi yardımı ilə Moskvaya yola düşür.[26] Burada Petrovski adına xəstəxanada rəssama xərçəng diaqnozu qoyulur və əməliyyat olunur. Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edir. Rəssam oktyabrın 16-da Bakıda Fəxri Xiyabanda deyil, öz vəsiyyəti ilə doğulduğu Əmircan kəndində , anasının məzarının yanında dəfn edilib. Bəhlulzadənin məzarı üzərində heykəltəraş Ömər Eldarov tərəfindən əlində iki boş şəkil çərçivəsi olan rəssamın heykəli ucaldılmışdır.[27]
Hal-hazırda Bakının Suraxanı rayonunda bir küçə, doğma kəndi Əmircanın mədəniyyət evi Bəhlulzadənin adını daşıyır.
Sərgiləri
1940-cı ildə Səttar Bəhlulzadə Moskvada əsərlərini bir sərgidə sənətsevərlərə təqdim etdi.[28] Bundan bir il sonra rəssam SSRİ Sənətkarlar Birliyinin üzvü seçilmişdir. 1955-ci ilin payızında R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açıldı. Bu sərgidə rəssam 3 il ərzində Azərbaycanı gəzərək müxtəlif bölgələrdə çəkdiyi 180 mənzərə və etüdlərini sərgiləmişdir. Rəssam 1957-ci ildə Moskvada daha sonra isə Bakıda Qarabağ-Şuşada çəkdiyi silsilə əsərlərini təqdim etdiyi sərgisi ilə yenidən sənətsevərlərin qarşısına çıxır [11].
1960-cı ildə Bakı, Tiflis, İrəvan şəhərlərində açdığı fərdi sərgilərlə rəssam özünəməxsus üslubunu və perspektivini tamaşaçılara təqdim edib[13].
Sənətçinin qrafika əsərləri 1966-cı ildə Praqada, ölümündən sonra 1977-ci ildə Moskvada[29], Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999 və 2000), Daşkənd, Paris (2009) şəhərlərində sərgilənmişdir. 1966-cı ilin yazında Praqadakı "U Rjeçitski" qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı. Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi idi. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub[30].
YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir[31].
↑Азәрбайҹан ССР колхозчуларынын, кәнд тәсәррүфаты, сәнае, елм, мәдәниййәт вә инҹәсәнәт ишчиләринин орден вә медалларла тәлтиф едилмәси һаггында ССРИ Али Совети Рәясәт Һей'әтинин Фәрманы // ССРИ Али Советинин ведомостлары. № 9 (418). 16 март 1946-ҹы ил. С. 7.
Абдинова, П. ""Певец природы" – народный художник Азербайджана Саттар Бахлулзаде (1909—1974)". Вестник Национальной академии наук Республики Казахстан. 6. 2011.
Мир-Багирзаде, Ф. А. "Саттар Бахлулзаде и импрессионизм". Elm. 1993.
For the suburb, see Hazelwood Park, South Australia. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Hazelwood Park, Adelaide – news · newspapers · books · scholar · JSTOR (July 2008) (Learn how and when to remove this template message) Hazelwood ParkSign heralding Hazelwood Park from Greenhill RoadLocationH...
موط موط (مدينة)علم موط (مدينة)شعار تقسيم إداري البلد مصر[1] المحافظة محافظة الوادي الجديد المسؤولون المحافظ محمود عشماوي خصائص جغرافية إحداثيات 25°29′15″N 28°59′00″E / 25.4875°N 28.983333333333°E / 25.4875; 28.983333333333 الارتفاع 114 متر[2] السكان التعداد السكاني 75,356...
HumanitasPaís Chile ChileIdioma EspañolEspecialidad Antropología y cultura cristianaFundación 1995Fundador Juan de Dios Vial CorreaPrimera edición 16 de enero de 1996DesarrolloEditor Ediciones UCPublicador Pontificia Universidad Católica de ChileCirculaciónFrecuencia CuatrimestralCosto $25.000 CLPISSN 0717-2168Página web oficial[editar datos en Wikidata] Humanitas: Revista de antropología y cultura cristiana es una revista chilena cuatrimestral editada por la Pontifici...
Kelkheim (Taunus) Stad in Duitsland Situering Deelstaat Hessen Landkreis Main-Taunus-Kreis Regierungsbezirk Darmstadt Coördinaten 50° 8′ NB, 8° 27′ OL Algemeen Oppervlakte 30,73 km² Inwoners (31-12-2020[1]) 29.162 (949 inw./km²) Hoogte 193 m Burgemeester Thomas Horn (CDU) Overig Postcode 65779 Netnummers 06195,06198 (Eppenhain),06174 (Ruppertshain) Kenteken MTK Stad 6 stadsdelen Gemeentenr. 06 4 36 008 Website www.kelkheim.de Locatie van Kelkheim (Taunu...
American comic book publisher Centaur PublicationsFounded1938; 85 years ago (1938)FounderJoe HardieFred GardnerRaymond KellyDefunct1942; 81 years ago (1942)Country of originUnited StatesHeadquarters locationNew York CityKey peopleBill EverettPublication typesComic books Centaur Publications (also known as Centaur Comics) was one of the earliest American comic book publishers. During their short existence, they created several colorful characters, including ...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: List of political parties in Nepal – news · newspapers · books · scholar · JSTOR (September 2017) (Learn how and when to remove this template message) Politics of Nepal Constitution Fundamental Rights and Duties Human rights LGBT rights Government President: Ra...
Tendency of animals to return to an area, especially to reproduce Philopatry is the tendency of an organism to stay in or habitually return to a particular area.[1] The causes of philopatry are numerous, but natal philopatry, where animals return to their birthplace to breed, may be the most common.[2] The term derives from the Greek roots philo, liking, loving and patra, fatherland,[3] although in recent years the term has been applied to more than just the animal's b...
Romanian cyclist (1935–2021) Ludovic ZanoniZanoni in 1960Personal informationBorn(1935-06-26)26 June 1935Arad, Kingdom of RomaniaDied27 October 2021(2021-10-27) (aged 86)Tărtășești, RomaniaHeight1.85 m (6 ft 1 in)Weight73 kg (161 lb)SportSportCycling Ludovic Zanoni (26 June 1935 – 27 October 2021) was a Romanian cyclist.[1] He was born in Arad, his profession was as an electrician.[2] He competed at the 1960 Summer Olympics in the 100 km t...
Indian journalist and editor Jitesh Pillaiat the launch of Filmfare (9) (cropped) This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) The topic of this article may not meet Wikipedia's notability guideline for biographies. Please help to demonstrate the notability of the topic by citing reliable secondary sources that are independent of the topic and provide significant coverage of it beyond ...
City in North Maharashtra, India This article is about the city in Maharashtra. For other uses, see Ahmednagar (disambiguation). This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Ahmednagar – news · newspapers · books · scholar · JSTOR (November 2017) (Learn how and when to remove this template message) City i...
Japanese softball player Haruka SaitoPersonal informationNative name斎藤 春香, Saitō HarukaNationalityJapaneseBorn (1970-03-14) March 14, 1970 (age 53)Hirosaki, Aomori Prefecture, JapanSportCountry JapanSportSoftball Medal record Olympic Games 2000 Sydney Softball 2004 Athens Softball Haruka Saito (斎藤 春香, Saitō Haruka) (born March 14, 1970, in Hirosaki, Aomori, Japan) is a Japanese softball player. She played in the Hitachi softball club from 1994 to 2006[1 ...
1980 film by Jerry Schatzberg Honeysuckle RoseTheatrical release posterDirected byJerry SchatzbergScreenplay by John Binder Carol Sobieski William D. Wittliff Based onIntermezzoby Gösta StevensGustaf MolanderProduced by Sydney Pollack Gene Taft Starring Willie Nelson Dyan Cannon Amy Irving Slim Pickens CinematographyRobby MüllerEdited by Aram Avakian Norman Gay Marc Laub Evan A. Lottman Music by Richard Baskin Willie Nelson ProductioncompanyMajor Studio PartnersDistributed byWarner Bros.Rel...
Нафтові, газові та газоконденсатні родовища України Країна Україна Цей список перелічує нафтове родовище, газоконденсатне родовище і газове родовище Нафтові, газові та газоконденсатні родовища України Зміст 1 Південний нафтогазоносний регіон України 2 Східн...
Character in Warcraft Fictional character Jaina ProudmooreWarcraft characterJaina Proudmoore in Heroes of the StormFirst appearanceWarcraft III: Reign of ChaosCreated byBlizzard EntertainmentVoiced byCarrie Gordon Lowrey (WC3 and WC3:R)Laura Bailey (WoW onwards) Jaina Proudmoore is a fictional character who appears in the Warcraft series of video games by Blizzard Entertainment. Within the games, she is the most powerful sorceress alive. She is currently Lord Admiral, ruler of the Kul Tiras k...
Island in Turkey This article is about the island. For other uses, see Imbros (disambiguation). Gökçeada redirects here. For the district, see Gökçeada District. For the town, see Gökçeada (town). ImbrosNative name: GökçeadaİmrozSatellite view of Gökçeada in 2016ImbrosShow map of MarmaraImbrosShow map of TurkeyImbrosShow map of EuropeGeographyLocationAegean SeaCoordinates40°09′39″N 25°50′40″E / 40.16083°N 25.84444°E / 40.16083; 25.84444Area286.8&...
This article relies excessively on references to primary sources. Please improve this article by adding secondary or tertiary sources. Find sources: Nature and Culture – news · newspapers · books · scholar · JSTOR (February 2015) (Learn how and when to remove this template message) Academic journalNature and CultureDisciplineEnvironmental sociology, environmental studies, cultural studies, Science, technology, and societyLanguageEnglishEdited bySi...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Destruction discography – news · newspapers · books · scholar · JSTOR (August 2017) (Learn how and when to remove this template message) Destruction discographyStudio albums15Live albums5Compilation albums3Music videos6EPs4Demos3 This is the discography for Ger...
American football player (born 1992) American football player Laken TomlinsonTomlinson with the San Francisco 49ers in 2019No. 78 – New York JetsPosition:GuardPersonal informationBorn: (1992-02-09) February 9, 1992 (age 31)Savanna-la-Mar, JamaicaHeight:6 ft 3 in (1.91 m)Weight:323 lb (147 kg)Career informationHigh school:Lane Tech (Chicago, Illinois)College:Duke (2010–2014)NFL Draft:2015 / Round: 1 / Pick: 28Career history Detroit Lions (2...