Rumıniya pasportu

Rumıniya pasportu
rum. Paşaport Romanesc
Müasir Rumıniya biometrik pasportunun üz qabığı (2019)Müasir Rumıniya biometrik pasportunun üz qabığı (2019)
Tərəfindən verilib  Rumıniya
İlk çıxış tarixi

1830 (ilk versiya)

1994-cü il iyun (maşınla oxuna bilən pasport)
31 dekabr 2008 (birinci biometrik versiya)
2011 (ikinci biometrik versiya)
2019 (cari biometrik versiya)
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Bitmə müddəti 10 il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur.

Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər.

Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb.

Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.[1]

Rumıniya vətəndaşlarının vizasız və ya sərhəd qapısında viza alaraq səyahət edə biləcəyi ölkələr.

İstinadlar

  1. en. "The Henley Passport Index". henleypassportindex.com. 1 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2018.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!