Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası

Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.

Tarixi

1993-cü ildə yaradılmışdır.

Fəaliyyəti

Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır.

Tərkibi

Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir. Ümumilikdə 800.000 nəfər üzvü var.[1]

Rəhbərləri

Hazırda təşkilata Marius Petku rəhbərlik edir.

Beynəlxalq əməkdaşlıq

Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları KonfederasiyasıAvropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir və onların tamhüquqlu üzvüdür.

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Romania Trade Unions Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, worker-participation.eu, accesat la 19 septembrie 2009

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!