Robert Li (ing. Robert Edward Lee; 19 yanvar 1807[1][2][…] – 12 oktyabr 1870[1][2][…], Leksinqton[d], Virciniya) — Amerika Konfederativ Ştatlarıının generalı.
Həyatı
19 yanvar 1807-ci ildə ABŞ-nin Virciniya ştatının Westmoreland şəhərində dünyaya gəlmişdir.1829-cu ildə West Point hərbi məktəbini bitirmişdir.
Meksika Döyüşünə süvari zabiti olaraq qatılmış və 1861-ci ilin aprel qədər davam edən parlaq bir əsgərlik karyerası olmuşdur. Sonra ABŞ ordusundan ayrılaraq Konfederasiya ordusuna qatılmış, əvvəl Qərb Virjinya qüvvələrinin və 1861-ci ilin avqust ayından sonra da bütün Konfederasiya Ordusunu rəhbərliyinə keçmişdir. Silah, vəsait və sayı baxımından özündən çox üstün bir qüvvə qarşısında müvəffəqiyyət ilə mübarizə etmiş, ancaq, 9 aprel 1865-ci il tarixində Virjinya Appomattoxda ABŞ Ordusuna təslim olmaq məcburiyyətində qalmışdır.
Döyüşdən sonra "Prezident Vaşinqton Kolleci" nin (Sonradan Vaşinqton və Lee Kolleci) müdiri olmuşdur. 12 oktyabr 1870-ci il tarixində Virjinyanın Lexington şəhərində vəfat etmişdir.
İstinadlar