Rioni (gürc. რიონი) — Cənubi Qafqazın ən böyük çaylarından biri. Qədim dövrdə Fazis adı ilə tanınırdı. Svan dilində rien - böyük çay deməkdir. Uzunluğu 327 km, hövzəsinin sahəsi 13400 km²-dır. 327 km olmaqla, uzunluğuna görə Gürcüstanda üçüncü ən böyük çaydır. Böyük Qafqaz dağlarında mənbəyini götürür, Kolxida vadisi boyunca axaraq Poti şəhərindən Qara dənizə tökülür. Üzərində Rioni SES tikilib.
İstinadlar