Kodori və ya Kodor[1][2] (abx. Кәыдры [Kudrı], gürc. კოდორი [Kodori]) — Gürcüstanın şimalında Abxaziya ərazisindən axır. Çay Suxum şəhərindən 20 km cənub-şərqdə Qara dənizə tökülür.
Kodori çayı öz başlanğıcını Qafqaz silsiləsinin Naxar aşırımına yaxın ərazidən götürür. Sərhəddə Qaraçay və Qrandra yerləşir. İki dağ çayı olan Saken və Qrandra çaylarının birləşməsindən əmələ gəlir. Saken Kodorinin ən böyük qoludur.
Sağdan Klıç çayını qəbul edir. Burada çay ensiz və gözəl mənzərəli dərədən axır. Kodor çayı bu istiqamətdə qərbdən cənuba dönur. Adzqara çayı Kodorun cənuba istiqamətləndiyi yerdə birləşir. Çay Bafqaz dağlarından düzənliyə çıxdığı yerdə geniş konus əmələ gətirir. Çay gətirmə konusundan cənub-qərbə istiqamətlənir. Düzənliyə endikdən sonra isə çay əsasən meşəlik ərazilərdən axaraq Qara dənizə tökülür.
Kodor çayı öz növbəsində dağ çayıdır. Onun ümumi uzunluğu 170 kilometr təşkil edir. Yuxarı axarlarda əsasən dağlıq ərazilərdən axan çay dərin dərələr əmələ gətirir. Bu hissədə Cedisvik silsiləsi ona paralel uzanır. Çayın axdığı yerdə meşəliklər geniş ərazi tutur. Axdığı ərazilərdə məskunlaşma olduqca azdır.
Kodor çayının axdığı yerdə daş yola malik olan Kluxor aşırımı yerləşir. Hansı ki, buradan Çerkessk şəhərinə yol vardır.
Çayın adı ilə SSRİ-də yelkənli gəmi istifadəyə verilmişdir. Bu gəmi «Kapitan Qrantın axtarışında» adlı kinun çəkilişində istifadə edilmişdir. C
Çayın axdığı dərə uzun zaman Gürcüstan və Abxaziya (Rusiyanın dəstəyi ilə) arasında döyüş meydanı olmuşdur. 90-cı illərin əvvəllərində dərə Gürcüstan ordusunun əlində qalmışdı. 2008-ci ilin 8 avqustunda başlanan növbəti müharibə zamanı Rus hərbiçilərinin fəstəyi ilə Kodor dərəsi Abxaziyanın nəzarətinə keçmişdir.
İstinadlar