Resident Evil 3: Nemesis

Resident Evil 3: Nemesis
Loqonun şəkli
Hazırlayanlar Capcom
Yayımlayanlar Capcom
Buraxılış tarixləri 22 sentyabr 1999
Janr survival horror
Texniki məlumat
Platforma PlayStation 3, Microsoft Windows[1], PlayStation[1], Dreamcast[1]
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili yapon dili, italyan dili, fransız dili, ispan dili, alman dili, ingilis dili
Daşıyıcı optik disk
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Resident Evil 3: NemesisResident Evil oyunlar seriyasından olan sayca 3-cü oyundur. 1999-cu ildə PlayStation, 2001-ci ildə isə Windows üçün buraxılmışdır. Oyunu CapcomVirgin Interactive şirkətləri istehsal etmişlər. 31 dekabr 2007-ci il tarixinə olan məlumata görə oyunun 3.5 milyon nüsxəsi satılmışdır.

Süjet

Oyunda hadisələr Resident evil 2-dəki hadisələrdən bir gün əvvəl və bir gün sonra baş verir. Oyunun baş qəhrəmanı Cill Valentayn, onun yardımçısı isə latınamerikalı Karlos Oliveyradır. Resident evil 1-dəki hadisələrdən sonra virus kollektora düşür, oradan da siçovullar vasitəsilə bütün şəhərə yayılır. Nəticədə şəhər əhalisi zombiyə çevrilir. Bundan sonra Cill Avropaya yollanmalı olsa da, bunu bacarmır və təkbaşına şəhərdə zombilərlə savaşmalı olur. Üstəlik onun qarşısında virusun törəməsi olan dəhşətli silah-Nemezida durur...

Oyunun əsasında 2004-cü ildə Şərin sakini:Apokalipsis (Resident evil:Apocalypse) filmi də çəkilmişdir (baş rolda Milla Yovoviç).

Oyunun xüsusiyyətləri

  • Oyunu əvvəlki hissələrdən fərqləndirən başlıca xüsusuiyyət müəyyən situasiyalarda necə hərəkət etmək lazım olmasına azad seçim imkanı verilməsidir. Oyunçunun seçimindən oyunun sonrakı inkşafı asılı olur.

Qəhrəmanlar

  • Cill Valentayn (Jill Valentine)-oyunun baş qəhrəmanı. "Alfa" hərbi dəstəsinin üzvü.
  • Karlos Oliveyra (Carlos Oliveira)-baş qəhrəmanlardan biri. İnsanları xilas etmək üçün şəhərə gəlsə də, özü tələyə düşür və artıq öz həyatı uğrunda mübarizə aparır.
  • Bred Vikers – "Alfa" hərbi dəstəsinin digər üzvü. Oyunun əvvəlində Nemezida tərəfindən öldürülür.
  • Mixail Viktoroviç - rus xüsusi təyinatlısı. Cəsur döyüşçü. Oyunun ortalarında Nemezida tərəfindən öldürülür.
  • Nikolay Zinovyev - rus xüsusi təyinatlısı. Onun məqsədi bütün şahidləri öldürməkdir. Sonluqda onunla bağlı 2 variant var: ya Cill onu raketlə vuraraq öldürür, ya da ki, Nikolay vertolyotla uçub gedir. 2-ci variant daha realdır, çünki Resident evil:Gun survivor adlı hissədə onun Rakun sitidəki hadisələr barədə yazdığı hesabatı tapmaq mümkündür.

Silahlar

Oyunda 12 növ silaha rast gəlmək olar.

Sonluqlar

Oyunu tam keçdikdən sonra epiloq açılır və hansısa bir personajın hadisələrdən sonrakı həyatından bəhs olunur. Ümümilikdə cəmi 8 sonluq mövcuddur və onların hamısının açılması üçün oyunu 8 dəfə keçmək lazımdır.

  1. 1 2 3 redump.org (ing.). Europe.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!