Virgin Interactive — Birləşmiş Krallıq videooyun şirkəti, yayımçısı və istehsalçısı.
Şirkət 1981-ci ildə "Virgin Games Ltd," kimi təsis edilmiş və 1987-ci ildə "Virgin Group"un bir hissəsi olan "Mastertronic" markasının satın alınması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. 1994-cü ildə şirkət "Virgin Interactive" adlandırılmışdır.
"Virgin Interactive" şirkəti "IBM PC", "Amiga", "ZX Spectrum", "Amstrad CPC", "C64", "Sega Master System", "Sega Mega Drive", "Sega Game Gear", "Super Nintendo Entertainment System" və "Sony PlayStation" kimi videooyun platformaları üçün oyun yayımlamışdır. Şirkət öz oyunlarının istehsalından daha çox başqalarının işlərinin yayımı ilə məşğul olsa da, öz oyunlarından bəziləri populyar olmuşdur.
2002-ci ilin may ayında şirkətin İspaniya filialı olan "Virgin Interactive España" Tim Çeyni tərəfindən satın alınmış və "Titus Software"in bir hissəsi olmuşdur.
İstinadlar