Rarotonqa Beynəlxalq Hava Limanı — (ing. Rarotonga International Airport) — Kuk adalarının yeganə beynəlxalq hava limanı. Hava limanı Rarotonqa adasının Avarua şəhərinin işgüzar hissəsindən 3 km qərbdə, şimal sahildə yerləşir.
Hava limanı 1975-ci ildə İkinci dünya müharibəsində ABŞ-nin hərbi baza kimi istifadə etdiyi yerdə açılmışdır.
2003-cü ildə 650.000 $ qarşılığında hava limanı yenidən təmir olunmuşdur.[1]
2009-cu ildə yenidən təmir işləri başladılmış və yeniləmə layihəsində 8,5 milyon $ xərclənmişdir. Yeni hava limanının açılışı 2010-cu ilin 22 iyununda baş tutmuşdur.[2]
Hava limanına avtomagistrallar çox yaxın olduqlarından təyyarələrin hava limanına enmələrinə yaxından baxmaq mümkündür. Xüsusilə R 8 yolu bu baxımdan seçilir.
Hava yolu şirkətləri və məntəqələr
Hava yolu şirkəti |
Uçuş nöqtəsi
|
Air New Zealand |
Oklend, Los Anceles, Sidney Mövsümi: Kristcörç
|
Air Rarotonga |
Aitutaki, Atiu, Papeete, Mauke, Manqaiya
|
Air Tahiti |
Papeete
|
Virgin Australia |
Oklend
|
Qalereya
İstinadlar
Xarici keçidlər