Rüfət Gülalıyev — Azərbaycanlı zorxana ustası.[1]
Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev, 8 avqust 1998-ci ildə anadan olub. Rüfət Gülalıyev, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.[2]
Rüfət Gülalıyev, 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Rüfət Gülalıyev, səngi yarışlarında qızıl medala layiq görüldü.[3] Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.