Qədim Roma mədəniyyəti

Qədim Roma mədəniyyəti

Memarlıq

Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Yunan şəhərlərinin, Karfagenin tutulması, ellin həyatı ilə tanışlıq Romada incəsənətə böyük maraq yaranmasına səbəb olmuşdur. Bu şəhərlərin və yunan əyanlarının həyatı Roma əyanları üçün nümunəyə çevrilmişdi. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Bu ixtira qədim romalılara tağlar, günbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızın II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.

Heykəltəraşlıq

Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanlarınşərqdən gətirdikləri heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Yunanlardan fərqli olaraq Roma heykəlləri bütöv heykəllər idi və adamlar paltarlı təsvir edilirdi. E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.

Musiqi

Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı. İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır.

Din

12 Olimp allahı: Yupiter (yunanlarda Zevs), Yunona (Hera), Neptun (Poseydon), Minevra (Afina), Mars (Ares), Venera (Afrodita), Diana (Artemida), Vulkan (Hefest), Vesta (Hestiya), Merkuri (Hermes), Serera (Demetra) və Apollon (yunanlarda eyni adda) romalılar tərəfindən qəbul olunmuşdur. E.ə. III əsrin sonlarında Kiçik Asiyadan Romaya allahların böyük anası "İlahi ana"ya həsr olunmuş ibadət ayini keçmişdir. "İlahi ana"ya həsr olunmuş məbəd Kiçik Asiyanın Pessinunt şəhərində yerləşirdi. Bu məbəddəki Böyük ananın ruhunu özündə saxlayan meteorit də Romaya gətirilib Palatin təpəsində yerləşmiş Viktoriya məbədinə qoyulmuşdu.

Roma poeziyası və elm

Ədəbiyyat

E.ə.IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latın dilində əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur. Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi.

Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı. Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı.

Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E.ə. I əsreramızın birinci əsri Roma poeziyasının «qızıl dövrü» adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı göstərir, onun evi şairlərin üzünə açıq idi. Onlardan səxavətini əsirgəmirdi. Sonralar «mesenat» varlı incəsənət himayəçisi mənasında işlənməyə başladı.

Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi. O, imperator Avqustun sifarişi ilə 12 cilddən ibarət «Eneida» poemasını yazmışdır. Aktsi vuruşması (e.ə. 31) bu poemada təsvir edilmişdi. Vergili bu əsərində Troyanın müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən bəhs edir. Eney Troya şəhərindən qoca atasını çıxarır, bir müddətdən sonra İtaliyayaRomaya gəlir və burada məskən salır. Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Avqustun təntənəsini görür. Avqust Romaya dinclik gətirəcək. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bu zaman qədim əfsanələrdən məharətlə yararlanmışdır.

Elm

E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə.I əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.

E.ə. I əsrdə yaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şeirlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.

Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.

Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.

Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın diliyunan əlifbası əsasında tərtib edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.

Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın şərəfinə, Avqust imperator Avqustun şərəfinə adlandırılmışdır. Romada il mart ayında başlandığına görə sentyabr yeddinci, dekabr onuncu ay hesab edilirdi. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir sıra yeniliklər gətirmişdilər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.

Mənbə

  • Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
  • Кузищин В.И.и др. История древнего Рима, М.,1994
  • Васильев А.А. История Византийской империи, СПб., 1998
  • Петряков А. Великие Цезари. Творцы Римской Империи. — М., СПб.: Яуза, Эксмо, 2011.
  • Шифман И. Ш. Цезарь Август. — Ленинград: «Наука». 1990.
  • История Древнего мира в 3-ех т., Издание третье/Ред. И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой — М.:Издательство «Наука», 1989

Xarici keçid

Read other articles:

Sekolah Tinggi Manajemen Informatika dan Komputer AUBNama lainSTMIK AUBJenisPerguruan Tinggi SwastaDidirikan2 Agustus 2002DirekturDr. Anton Respati Pamungkas, S.E., M.M., M.H.AlamatJl. Walanda Maramis No.29, Cengklik, Nusukan, Banjarsari, Kota Surakarta, Jawa Tengah, 57135, IndonesiaBahasaBahasa IndonesiaSitus webstmik-aub.ac.id Sekolah Tinggi Manajemen Informatika dan Komputer AUB (disingkat STMIK AUB) adalah salah satu perguruan tinggi swasta di Indonesia yang berlokasi di Kota Surakarta, J...

 

У Вікіпедії є статті про інших людей із прізвищем Макдональд. Еван МакдональдЗагальна інформаціяГромадянство  Канада[1]Народження 29 липня 1981(1981-07-29) (42 роки)Лар, Баден-Вюртемберг, ФРНЗріст 165 смВага 80 кгAlma mater St. Mark Catholic High SchooldСпортКраїна  КанадаВид спорту боротьб...

 

Esta página cita fontes, mas que não cobrem todo o conteúdo. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Novembro de 2016) Não Mexa com minha Filha! ウチのムスメに手を出すな!Uchi no Musume ni Te o Dasu na! Não Mexa com Minha Filha!Capa do vol. 01 no Brasil Informações gerais Gêneros Seinen, Ecchi,Comédia Erótica Não Mexa...

Nissan Pivo op Tokyo Motor Show 2007 De Tokyo Motor Show is een tweejaarlijkse autosalon in Tokio, Japan. De beurs vindt meestal plaats rond oktober - november in de Makuhari Messe hallen. Gehouden door de Japan Automobile Manufacturers Association (JAMA), is het een internationale autoshow erkend door de Organisation Internationale des Constructeurs d'Automobiles. Normaliter zijn er op de Tokyo Motor show meer conceptauto's te zien dan daadwerkelijke productiemodellen. Dit zorgt ervoor dat d...

 

Residential skyscraper in Manhattan, New York 432 Park AvenueGeneral informationStatusCompletedTypeResidentialArchitectural styleContemporaryLocation432 Park AvenueManhattan, New YorkCoordinates40°45′42″N 73°58′19″W / 40.76167°N 73.97194°W / 40.76167; -73.97194Construction startedFoundation: September 2011Aboveground structure: May 2012Topped-outOctober 10, 2014CompletedDecember 23, 2015[1]CostUS$1.25 billion[5]HeightArchitectural1,396 ...

 

Bückeburg Pemandangan udara Istana BückeburgPemandangan udara Istana Bückeburg Lambang kebesaranLetak Bückeburg di Schaumburg NegaraJermanNegara bagianNiedersachsenKreisSchaumburg Subdivisions13Pemerintahan • MayorReiner Brombach (SPD)Luas • Total68,84 km2 (2,658 sq mi)Ketinggian63 m (207 ft)Populasi (2013-12-31)[1] • Total18.930 • Kepadatan2,7/km2 (7,1/sq mi)Zona waktuWET/WMPET (UTC+1/+2)Kode pos31...

Мережа автомобільних шляхів України. Синім кольором позначено (магістральні), зеленим ідентифікуються (швидкісні). Автомобільні шляхи загального користування в Україні — мережа доріг на території України, що об'єднує між собою населені пункти та окремі об'єкти та приз

 

Факультет Політичних Наук і Журналістики (пол. Wydział Nauk Politycznych i Dziennikarstwa) Скорочена назва WNPiD Основні дані Засновано 1 січня 2008 р. Заклад Університет імені Адама Міцкевича у Познані Декан prof. dr hab. Andrzej Stelmach Контакти Адреса 61-614 Poznań ul. Uniwersytetu Poznańskiego 5 Вебсторінка wnpid.amu.edu.pl Факуль

 

بوابة إنجلتراترحب بكم مقدمة علم إنجلترا شعار إنجلترا إنجلترا (بالإنجليزية: England إنگلاند، وتكتب أيضًا باللغة العربية إنگلترا) هي أكبر دولة في المملكة المتحدة، وتشترك في الحدود البرية مع اسكتلندا في الشمال وويلز في الغرب والبحر الأيرلندي في الشمال الغربي وبحر الكلت في الجن...

Рудий Іван Тарасович Народився 11 березня 1988(1988-03-11) (35 років)Київ, Українська РСР, СРСРКраїна  УкраїнаДіяльність військовослужбовець, спортсмен, керівникВідомий завдяки Війна на сході УкраїниБої за Луганський аеропортБої за ЩастяУчасник Війна на сході України ...

 

Dutch physicist Dirk Bouwmeester (2014) Dirk (Dik) Bouwmeester (born 1967) is a Dutch experimental physicist specializing in quantum optics and quantum information. He currently holds faculty positions at the University of California at Santa Barbara and at Leiden University in the Netherlands. In 1995 he obtained his PhD in Johannes P. Woerdman's lab at Leiden University with the thesis Quantum mechanics and classical optics.[1] The next year, while he was a post-doctoral researcher ...

 

1994 box set by Frank SinatraThe Song Is YouBox set by Frank SinatraReleasedAugust 30, 1994RecordedFebruary 1, 1940-July 2, 1942GenreJazztraditional popLength382:55LabelRCAFrank Sinatra chronology Sinatra & Sextet: Live in Paris(1994) The Song Is You(1994) Duets II(1994) Professional ratingsReview scoresSourceRatingAllmusic [1] The Song Is You is a 1994 box set by American singer Frank Sinatra. This five disc box set contains every studio recording Frank Sinatra performed ...

Academic journalNature FoodDisciplineFood scienceLanguageEnglishEdited byJuliana GilPublication detailsHistory2020–presentPublisherNature PortfolioFrequencyMonthlyOpen accessHybridImpact factor23.20 (2022)Standard abbreviationsISO 4 (alt) · Bluebook (alt1 · alt2)NLM (alt) · MathSciNet (alt )ISO 4Nat. FoodIndexingCODEN (alt) · JSTOR (alt) · LCCN (alt)MIAR · NLM (alt) · ScopusCODENNFAOAIISSN...

 

Маршаллові Острови Ця стаття є частиною серії статей продержавний лад і устрійМаршаллових Островів Конституція Правова система Права людини Глава держави Президент (список) Хільда Гейн Виконавча влада Президент (список) Хільда Гейн Законодавча влада Палати парламенту...

 

This article is about the district of Tainan in Taiwan. For the country itself, whose name is spelled Tâi-oân in Hokkien, see Taiwan. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Anping District – news · newspapers · books · scholar · JSTOR (December 2009) (Learn how and when to remove this template mes...

1999 Indian filmLaawarisDirected byShrikant SharmaWritten byHoney Irani (story/screenplay)Kamlesh Pandey (dialogue)Produced byLawrenceManohar PandyaStarringJackie ShroffDimple KapadiaAkshaye KhannaManisha KoiralaCinematographyNajeeb KhanEdited byR. RajendranMusic bySongs:Rajesh RoshanBackground Score:Raju SinghDistributed byLama ProductionsRelease date 5 March 1999 (1999-03-05) CountryIndiaLanguageHindiBudget₹3,50 crore[1]Box office₹4,63 crore[1] Laawaris is...

 

Japanese flying ace This article includes a list of references, related reading, or external links, but its sources remain unclear because it lacks inline citations. Please help to improve this article by introducing more precise citations. (November 2021) (Learn how and when to remove this template message) Watari HandaBorn22 August 1911Fukuoka Prefecture, JapanDied1948 (aged 36–37)AllegianceJapanService/branch Imperial Japanese Navy Air Service (IJN)Years of service1928–19...

 

Nama ini menggunakan cara penamaan Spanyol: nama keluarga pertama atau paternalnya adalah Vicuña dan nama keluarga kedua atau maternalnya adalah Muñoz. María Alejandra VicuñaWakil Presiden Ekuador ke-49Masa jabatan6 Januari 2018 – 4 Desember 2018Acting: 4 Oktober 2017 – 6 Januari 2018 Ditangguhkan dari fungsi tambahan 3 Desember 2018PresidenLenín MorenoPendahuluJorge GlasPenggantiOtto SonnenholznerMenteri Perumahan dan Pembangunan PerkotaanMasa jabatan24 Mei 2017 ...

PT. Indika Cipta Media[1]JenisPerseroan terbatasIndustriPerfilmanNasibJoint venture dengan Batavia PicturesDigantikan oleh Net Visi MediaDidirikan23 Desember 1997 (1997-12-23)Ditutup12 Agustus 2010 (2010-8-12)KantorpusatGedung Graha Mitra Lt. 9, Jl. Jendral Gatot Subroto Kav. 21, Setiabudi, Jakarta Selatan 12930 [2]IndonesiaWilayah operasiIndonesiaTokohkunciSudwikatmonoLeo SutantoSentot SahidHeru HendriyartoUtojosutji UtamaArifin WigunaShankar RSKristuadji Legopranow...

 

Canadian-born writer Jono Howard posing wearing merchandise for Jam Filled Entertainment. Jono Howard is a Canadian-born writer who works primarily on animated children's shows. Career For the majority of his career, Howard worked closely with animator Danny Antonucci. In 2005, Howard's writing was nominated for a Leo Award. Howard was nominated for a Best Screenwriting award for his script for the 'Atomic Roger' episode of Atomic Betty.[1] Howard's work has also appeared in print in ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!