Qırğızıstan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Ölkə müstəqillik qazandığı ildən etibarən bütün olimpiyadalarda iştirak etmişdir.
Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il[1] reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər[2]. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər[2]. Nəticələrə əsasən Qırğızıstan «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır[3]. Ölkəni təmsil etmək hüququ məxsusdur Yevgeni Timafeevə[4] məxsusdur.
Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il[5] reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır[6]. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər[6]. Təsnifata əasən Qırğızıstan «B» kateqoriyası üzrə 15 km-lik[7] yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Tariel Jarkimbayevə[8] məxsusdur.