Qarşılıqlı Kredit Cəmiyyətinin binası (gürc. საკრედიტო საზოგადოების შენობა) – Tbilisinin Azadlıq meydanı yaxınlığında, Aleksandr Puşkin və Konstantin Leselidze küçələrinin kəsişməsində yerləşən tarixi binasıdır. Hazırda binada Gürcüstan Əlyazmalar Mərkəzi, Gürcüstan Vətəndaş Bərabərhüquqluğu Nazirliyi və Dini İşlər üzrə Dövlət Agentliyi yerləşir.[1]
Binanın inşasına 1910-cu ildə başlanılmış və inşaat işləri 1915-ci ildə tamamlanmışdır. Bina, o dövrdə Tbilisinin məşhur memarlarından olan Mixail Ohandcanovun layihəsi əsasında inşa edilmişdir.[1] İlkin olaraq bina iki mərtəbəli inşa edilmiş və Tiflis Qarşılıqlı Kredit Cəmiyyətinin istifadəsi üçün nəzərdə tutulmuşdur.[1] Sonradan binaya üçüncü mərtəbə də əlavə edilmişdir.[1]