Qaraxitaylar dövləti (Çincə: 西遼 pinyin: xī liáo; mənası: Qərbi Liao, 黑契丹 hēi qìdān; mənası Qara Kitan, Monqolca: Хар Хятад; Kara Kitad, Farsca: قرا ختاى Qarā Khitā'ī; 1125–1211), Orta AsiyadaKidanlar tərəfindən qurulan Monqol/Türk dövləti. Paytaxtı Balasaqun idi.
1125-ci ildə Cürçenlərin qurduğu Cin sülaləsi tərəfindən dağıdılan Liao sülaləsinin son üzvü Yelü Daşi tərəfindən qurulmuşdur. O 1087-ci ildə doğulmuşdu və sülalənin daha az önəmli olan bir qolundan gəlirdi.
1132-ci ildə Balasaqun hakimi Qaraxani sülaləsindən II İbrahimə köməyə gedən Yelü Daşi Balasaqunu işğal edərək Qaraxaniləri Qaşqar şəhərinə qovdu.Ona Qaraxani ordusunda xidmət edən 16.000 kidan əsgəri də qoşuldu. Məhz həmin il Yelü özünə Gurxan titulunu götürdü. Həyat yoldaşı Çonqde isə imperatriça elan olundu. Ölümündən sonra digər həyat yoldaşı Tabuyan taxtı ələ keçirərək özünü imperatriça elan etmişdi.
İlk dəfə Qara Kitaylar dövründə əsgərlərə maaş verilməsi prosesi başlamışdı. Qarakitaylar artıq Mərkəzi Asiyaya köçsə belə Çin adətlərini saxlayırdılar. İmperiyada əsas dil Kidan dili və Çin dili olmağına baxmayaraq Fars və Uyğur dilləri də istifadə olunurdu.[1]
İmperiyada əsas imperator sülaləsi Yelü sülaləsi olduğu kimi, əsas xatunlar da Hsiao sülaləsindən çıxırdı.Hsiao Tabuyan 1144-cü ildə özünü imperatriça elan etmişdi. İmperiya vətəndaş müharibəsindən yorğun düşdüyü üçün asanlıqla Kuçluq xanın əlinə keçdi və daha sonra da Çingiz xan tərəfinən işğal olundu.Yelü sülaləsindən Büraq Hacib daha sonra Kirmana köçərək burada öz dövlətini qurdu.
↑Biran, Michal (2005). The Empire of the Qara Khitai in Eurasian History: Between China and the Islamic World. Cambridge Studies in Islamic Civilization
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!