Kuçluk xan (?-1218) — Naymanların xanı.
Həyatı
O, nayman tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Tayan xan uzun illər uluslarına rəhbərlik etmişdi.
1203-cü il qələbəsindən sonra Temuçinin (Çingiz xanın) torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı. Bu qələbələrdən sonra bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu.
1218-ci ildə Kuçluk xan Almalıq şəhərini mühasirə etdi. Çingiz xan ona qarşı Cebe noyonu göndərdi. Cebe noyon Qarakidanların torpağına daxil olan kimi din azadlığını car çəkdirdi. Müsəlmanlar Kuçluk xanın qoşununu dənləməyə başladılar. Kuçluk xan Pamirə qaçdı. Lakin orda tutuldu. Başı ilə üzülüşməli oldu.
Həmçinin bax
İstinadlar