Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan RespublikasınınBeyləqan rayonunun Qaralılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır.[2]
XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[3]