Aşıqalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Aşıqalılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Toponimikası
1933-cü ildə Qaradonlu (İmişli) rayonunun Xələc i.ə.v.-də bu etnotoponim Aşqallar variantında qeydə alınmışdır. Aşqal "arıq, döllüyə yaramayan" deməkdir.
Aşaqalılar isə XIX əsrdə Mil düzündə yaşamış xələç tayfasının bir qolunun adıdır.[3]
Əhalisi
Əhalisi 2016 nəfərdir (2009). Kənd əhalisi Türkmənlərdən ibarətdir.
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|