Qara bəy Əliverdilər (tam adı: Qara bəy Rəhim bəy oğlu Əliverdilər; 1879, Pərioğlular, Şuşa qəzası – 1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü.[1]
Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi. Qara bəyin 3 qız övladı (Şövkət, Dilguşə, Adilə) olub.
Qara bəy 1929-cu ildə vəfat etmişdir.