Qaraş Əmirov

Qaraş Əmirov
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1926(1926-09-26)
Doğum yeri
Vəfat tarixi 22 mart 1973(1973-03-22) (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti neft mühəndisi[d]

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Əməkdə fərqlənməyə görə" medalı

Qaraş Əmirov (26 sentyabr 1926, Tatar, Zəngilan rayonu22 mart 1973, Şamaxı rayonu, Azərbaycan SSR) — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı.

Həyatı

Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmudşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, tezliklə dərin quyular qazan qabaqcıl ustalardan biri oldu.

Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında açılan yeni perspektivli neft yatarqlarını istifadəyə vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir.

Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı. Onun briqadası çətin və sərt iqlim şəraitində Şirvan torpağının altındakı xəzinəni üzə çıxarmaq üçün daha dərin və maili quyular qazıb təhvil vermişdir. Qaraş Əmirov öz briqadası ilə birlikdə 10 il ərzində 44 quyu qazmışdır ki, bunun da ümumi dərinliyi 113.350 metr olmuşdur. Bu isə hər bir dəzgahla ayda 1000 metrdən çox quyu qazılması deməkdir. Bu nəticə rekord göstərici sayılırdı. Məhz belə qəhrəmanlıq və gərgin əmək nəticəsində respublikanın Şirvan zonasında xam neft istehsalı artdı. Azərbaycanda istehsal edilən neftin üçdə biri Şirvanın payına düşürdü.

Qaraş Əmirov 1969-cu ildə Azərbaycan Neft Kəşfiyyatı Trestinin 1 saylı qazma kontoruna direktor vəzifəsinə irəli çəkilir. Sonra isə o, Carlı və Qobustan kəşfiyyat qazma idarələrinə rəhbərlik edir. Qaraş Əmirov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. VI–VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Sov.İKP XXII və XXIII qurultaylarının nümayəndəsi olmuşdur. Çox dərin quyuların sürətlə qazılmasında və yeni yataqların kəşfində qazandığı müvəffəqiyyətlərə görə 1963-cü ildə o, "Sosialist Əməyi Qəhrəmanı" kimi yüksək ada layiq görülmüş, 1971-ci ildə isə ona "Azərbaycan neft ustası" fəxri adı verilmişdir.

Neft sənayesinin bacarıqlı təşkilatçısı, geniş qəlbli insan, qayğıkeş rəhbər olan Qaraş Əmirov 1973-cü ilin mart ayının 22-də xidməti vəzifəsini yerinə yetirərkən vertolyot qəzasında həlak olmuş, Bakı şəhərindəki ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.

"Azneft" İstehsalat birliyi və Neft-qaz sənayesi işçiləri həmkarlar təşkilatı onun ölümündən sonra, dərinliyi 4500 və daha çox olan kəşfiyyat quyularının sürətlə və keyfiyyətlə qazılması uğrunda yarışan qazma briqadaları üçün Qaraş Əmirov adına mükafat təsis etmişlər. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində onun işlədiyi idarənin qarşısındakı küçə Qaraş Əmirovun adını daşıyır.

Təhsil aldığı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbinə verilmişdir və burada onun əmək fəaliyyətini əks etdirən guşə yaradılmışdır. Ancaq çox təəssüf ki, bu gün Zəngilan da, Qaraş Əmirovun adını daşıyan Cahangirbəyli kənd orta məktəbi də işğal altındadır.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!