Qana qadın milli voleybol komandası — Afrika Voleybol Konfederasiyasının qadın milli voleybol komandalarından biri. Milli komanda Qananı qadın voleybolunda təmsil edir.
Tarixi boyu Qana qadın millisi dünya çempionatı, dünya kuboku və s. kimi önəmli turnirlərdə iştirak edə bilməmişdi. Yalnız 1991 və 93-cü illərdə Afrika çempionatının final mərhələsinə yüksələn komanda heç bir medal qazana bilməmiş, eyni zamanda həmin ildən etibarən bu turnirdə də iştirak edə bilməmişdi. Qana millisinin fəxr edə biləcəyi ən böyük uğuru isə 1978-ci ilin Afrika Oyunlarında qazandığı bürünc medaldır.