Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir[1].
Toponimikası
Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır.[2]
İqtisadiyyatı
Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.[3]
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|