Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanınqafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur.[1]
2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi[2].
XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı[6].
Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.