Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013).
10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Əsas rolları: