Qəbələ Beynəlxalq Musiqi Festivalı

Qəbələ Musiqi FestivalıAzərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalı.

Festival haqqında

Festival Heydər Əliyev fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur.[1] Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda, keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı Avropa, ABŞİsrail musiqiçiləri də iştirak edirlər. 2009-cu ildə, musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilmişdir.

Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər CazMuğam gecələri də təşkil olunmuşdur.

Festivalın tarixçəsi

2010-cu ildə Qəbələ festivalı avqust ayında keçirilmişdi. Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı. YUNESCO-nun baş direktoru, İrina Bokova da festivalın açılışında iştirak etmişdir.[2] Festival, 2009-cu ildə olduğu kimi, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının üvertürasının ifası ilə başlamışdı. Festivalın açılışı Böyük Britaniya Kral Simfonik Orkestrına həvalə olunmuşdur.[3] Bundan əlavə, festivalda Dmitri Yablonski, Yuri Başmet, Xloe Xanslip, pianoçu Boris Berezovski kimi musiqiçilərlə digər azərbaycanlı və əcnəbi sənətçilər çıxış etmişlər.

2011-ci ildə festival 15 iyuldan 5 avqusta kimi davam etmişdir.[4]

4-cü Qəbələ Beynəlxalq Musiqi Festivalı 2012 - ci il 22 iyul5 avqust tarixləri arasında keçirilib. İldən ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkən festival dünyanın 10 ölkəsindən 350 musiqiçini birləşdirib. Musiqi sevərlərə ilk olaraq Kamera Musiqisi axşamı təqdim olunub. Orta əsr və yeni dövr Avropa Klassik musiqisinin həvəskarları səhnəyə çıxan gənc sənətçilərin ifasını maraqla dinlədilər. Gənc professionallar əsasən piano, klarnet, viola və violançel alətlərində peşəkar ifalarını xüsusi ustalıqla nümayiş etdiriblər.Görkəmli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilən konsertin 2-ci hissəsində səhnə milli musiqimizin incisi hesab olunan muğama verilib. Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlzadənin dirijorluğu ilə Ü. Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə eyni səhnədə yer alan xalq artisti, xanəndə Mənsum İbrahimovu əməkdar artistlər - Elçin Həşimov tarda, Elnur Əhmədov isə kamançada müşayiət edib. Gecədə Azərbaycan Kapriççiosu və Şur simfonik muğamı məharətlə səsləndirilib. Unudulmaz muğam incilərinin simfonik orkestrlə uğurlu sintezi demək olar ki, festival iştirakçılarının gurultulu alqışlarının sədası altında ifa edilib.

5-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı 2013 - cü il 24 iyul6 avqust tarixləri arasında keçirilib. Festivalda 11 ölkədən musiqiçilər və musiqi kollektivləri, həmçinin Yerusəlim simfonik orkestri, «Yeni Rusiya» (Новая Россия) Dövlət simfonik orkestri, Azərbaycan dövlət simfonik orkestri, “Septeto Santiaguero”un Kuba caz qrupu, Oksana Yablonskaya solistləri, İdil Biret, Vadim Repin, Sergey Leyferkus, Fərhad Bədəlbəyli, Dmitri Yablonski və başqaları çıxış edib. Beşinci Qəbələ musiqi festivalı çərçivəsində Sergey Raxmaninovun xatirəsinə həsr olunmuş kamera musiqisi axşamı təşkil edilmişdi.

6-cı Qəbələ Beynəlxalq Musiqi Festivalı 2014 - cü il 23 iyul1 avqust tarixləri arasında keçirilib. Artıq ənənəvi olmuş kollektivlərdən başqa, Yohannesburq simfonik orkestri, Vyana kamera musiqisi ansamblı, ABŞ, Ukrayna, Rusiya, İspaniya, İsrail, Azərbaycan təmsilçiləri, həmçinin müğənni Mira Avad çıxış etdi.

7-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı 2015 - ci il 25-31 iyul tarixləri arasında keçirilib. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Qandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Qindin, Taras Yaqopud və başqaları iştirak etmişdilər. [5]

8-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı 2016 - ci il 30 iyul5 avqust tarixləri arasında keçirilib. Festivalda Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.[6] Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Vyana Akademik Orkestri (bədii rəhbəri Martin Haselblokdur), İspaniyanın “Suite Española”, Yunanıstanın folklor kvarteti, Kubanın “Gənc klassiklər”, “Kiyev virtuozları”, İsrailli bəstəkar, dirijor və pianoçu Gil Şohat və s. çıxış etmişdilər. [7]

9-cu Qəbələ Beynəlxalq Musiqi Festivalı 2017 - ci il 29 iyul3 avqust tarixləri arasında keçirilib. Bakı Musiqi Akademiyasının kamera orkestrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrı, İngiltərənin Femusa kamera orkestrı və digər qrupların çıxış etmişdilər. Həmçinin Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitriy Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vajgl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin musiqiçiləri çıxış etdilər. [8]

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. "Gabala International Music Festival programme". News.Az. 20.07.2010. 2010-08-01 tarixində orijinalından arxivləşdirilib.
  2. "Irina Bokova inaugurates the 2nd Gabala International Music Festival in Azerbaijan". UNESCO. 30.07.2010. 2011-01-26 tarixində arxivləşdirilib.
  3. "Royal Philharmonic Orchestra". 2011-11-13 tarixində orijinalından arxivləşdirilib.
  4. "Gabala to host third international music festival". Vestnik Kavkaza. 2019-04-08 tarixində arxivləşdirilib.
  5. "Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  6. "Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalı". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  7. "Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək- 8-ci dəfə". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  8. "IX Qəbələ Beynəlxalq Musiqi Festivalı". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!