Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil(seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musıqı festivalıdı.[1]
İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır. Bundan başqa, Bakı Caz Festival XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.[2]
2005-ci ilin aprel ayının əvvəlində başlayan birinci festival həm iştirakçıların goqrafiysası, həm də onların səviyyəsi ilə fərqləndi: caz bayramında ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Kanada və başqa ölkələrədən həm cavan, həm də təcrübəli və tanınımış caz ustaları iştirak edirdi. Festivalın əsas qonağı isə məşhur Co Zavinul Sindikatı idi.[6] 5 - 12 Aprel 2005-ci ildə keçirdilən Bakı Caz Festivalın iştirakçıları:
Debora Karter
Emil Afrasiyab Triosu
Orient Ekspress
Yakov Okun Kvartetı
Svetlana Məhərrəmova
Vagif Sadihov Triosu
Savab Qrupu
Tbilisi Jazz Triosu
Christof Busse Triosu
Ələsgər Abbasov Qrupu
Bəri Bax Vokal Qrupu
Katya Surikova Triosu
Şahin Növrəsli Triosu
Arzu Huseynov Kvarteti
Cavan Zeynallı Kvarteti
Freyzer Fifield
Emil Ibrahim
Arena Jazz Orchestra
Timuçin Sahin
Qreg Osbi Trio
Rain Sultanov Qrupu
Udai Mazumdar
The Zawinul Syndicate
Qeoffroy De Masure 'Tribu'
2006
Festival-2006 dünya cazının ifaçıları(Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.), dəfələrlə ən nüfuzlu Qremmi mükafatına layiq görülmüş Herbi Henkok və El Cerruonun konsertləri ilə yadda qaldı. Qeyd etmək lazımdır ki, məhz bizim şəhərimizdə Herbi Henkok ilk dəfə olaraq öz yeni proqramını təqdim etdi. Birinci Festivaldan fərqli olaraq, 2006-cı ildə cavan musiqiçilərin çıxışları üçün iki gün ayrılmışdır.[7] “Baku Jazz Festival 2006” altı meydanda - Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Sarayda, Şövkət Məmmədova adına Opera Studiyasında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, «1033» klubunda və Fəvvarələr meydanındakı açıq səhnədə keçirilib.[8]
Tbilisi Jazz Triosu
Cavan Zeynalli Triosu
Şay & Roni
Accabbanna
Al Carrou
Rafig Vəlimətov Qrupu
Elnarə Həsənli
Arena Jazz Orchestra
Savab
Barbara Lea Meyer
Emil Afrasiyab Triosu
Rauf Sultanov Kvarteti
Qaçaqaç
Emil Ibrahim Kvarteti
Rain Sultanov
Bobo Stenson Triosu
Şahin Növrəsli Triosu
Maria Joao Kvarteti
Herbi Hankok Kvintetı
2007
İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Artıq ənənəvi olmuş caz bayramına dahi azərbaycan caz musiqiçısi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə də gəlmişdi. O nəinki Opera və Balet Teatrında əvvəldən nəzərdə tutulmuş konsertlə çıxış etmişdir, hətta səfər proqramında əvvəldən nəzərdə tutulmamış və öz fəaliyyətində ilk dəfə açıq havada Festivalın yekun Qala-konsertində də çıxış etmişdir.
22-30 Oktyabr Beynəlxalq Bakı Caz Festivalın çərçivəsində incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" filminin nümayişi və "Uşaq caz günü" müsabiqəsi keçirilib.[9] Festivalın proqramında:
Antonio Lizana kvarteti (İspaniya)
Plunge qrupu (İsveç)
Pierre de Tregomain kvarteti (Fransa)
Debora Karter kvinteti (Hollandiya)
Eren Coşkuner kvarteti (Türkiyə)
Linley Marthe & Friends qrupu (Fransa)
Bakı Caz Müsabiqəsinin qalibləri
Dinovski və Schuberth Dueti (Makedoniya, Avstriya)