Qızmeydan palçıq vulkanı

Qızmeydan palçıq vulkanı
Ümumi məlumatlar
Son püskürmə 2001
Yerləşməsi
Ölkə  Azərbaycan

Qızmeydan palçıq vulkanıAzərbaycan Respublikasının palçıq vulkanlarından biri.[1]

Haqqında

Qızmeydan palçıq vulkanı Şimali Qobustanın Qovdağ-Sumqayıt tektonik örtük kompleksinin şimal kənarı boyu üst təbaşir çöküntüləri üzərində sıra ilə yerləşən beş “ekzotik” vulkanından (bundan şimal-qərbdə Dəmirçi, cənub-şərqdə isə Qasımkənd, Köhnəqədi və Kurkaçıdağ palçıq vulkanları da məşhurdur) biridir. Palçıq brekçiyasında rast gələn paleogen yaşlı mikrofauna bu sahənin tektonik təbiətli olmasına və alloxton təbaşir dəstəminin dabanında daha cavan avtoxton kaynozoy süxurlarının mövcudluğuna dəlalət edir. Palçıq vulkanı Qurd Yaylağı və Qızkeçdi silsilələri arasındakı çuxurda yerləşir və mütləq hündürlüyü 1350–1380 m, sahəsi 12 ha olan və cənub-şərq istiqamətində uzanan azacıq qabarıqlı brekçiya təpəliyinə cavab verir. Bu meydança ətraf landşaftın dağ yamaclarının bitki örtüyü fonunda özünün açıq ağımtıl rəngi ilə aydın seçilir. Brekçiya sahəsinin hüdudlarında fəaliyyət göstərən və “yatmış” 320-yə yaxın salz və qrifon üç yerdə qərarlaşaraq təkraredilməz “valehedici” bir mənzərə yaradır.[2]

Həmçinin bax

İstinadlar

  1. "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 42. 2024-03-13 tarixində arxivləşdirilib.
  2. Tələt Kəngərli. "Azərbaycan Respublikasının geoloji irsi". Bakı: Nafta-Press, 2013.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!