Gülbəxt palçıq vulkanı

Gülbəxt palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
40°20′16″ şm. e. 49°34′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Gülbəxt palçıq vulkanı xəritədə
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı

Gülbəxt palçıq vulkanıBakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər.

Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir.

Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır. 80x70 m ölçülü təpədə 90 ədəd qaz və neft qatı ilə qarışıq su ifraç edən sopka və qrifon vardır.

Mənbə

  • Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri. Bakı: Nurlar NPM, 2007.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!