Qırmızıkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Akkuşa çayının sağ sahilində yerləşən kəndlərdən biridir.
Kəndin keçmiş adı Xarabakənd olmuşdur.[2][3] Bu kənd Zəncirbənd də adlandırılmışdır. Belə ehtimal olunur ki, əvəllər kəndin içindən Akkuşa çayı keçmişdir. Burada insanlar ticarət etmişlər. Bura xalqları bir-birinə bağladığı üçün belə adlanmışdır.
Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.[4]