Python proqramlaşdırma dili 1980-ci illərin sonlarında Qvido van Rossum tərəfindən yaradılıb[1] və onun tətbiqinə 1989-cu ilin dekabrında[2] Hollandiyadakı Riyaziyyat və İnformatika Mərkəzində müstəsna vəziyyətləri emal edən və Amoeba əməliyyat sistemi ilə qarşılıqlı əlaqə qura bilən ABC dilinin davamçısı kimi başlanmışdır.[3]
Van Rossum Python-un əsas müəllifidir və onun Python-un istiqamətini müəyyənləşdirməkdə davam edən mərkəzi rolu Python icması tərəfindən ona verilən adda (ömürlük xeyirxah diktator) əks olunur.[4][5] Lakin Van Rossum 12 iyul 2018-ci ildə istefa verdi.[6] Python adını BBC televiziya şousu "Monty Python's Flying Circus"dan almışdır.[7]
Python 2.0 16 oktyabr 2000-ci ildə, yaddaşın idarə edilməsi, Unicode dəstəyi və dövri işləyən tullantı toplayıcısı (istinadların hesablanmasına əlavə olaraq) daxil olmaqla bir çox əsas yeni xüsusiyyətlərlə buraxıldı. Bununla belə ən vacib dəyişiklik daha şəffaf və icma tərəfindən dəstəklənən prosesə keçidlə birlikdə tərtibat prosesinin özündə baş verdi.[8]
Böyük, geriyə uyumlu olmayan versiya olan Python 3.0 uzun müddət sınaqdan keçirildikdən sonra 3 dekabr 2008-ci ildə buraxıldı.[9] Onun əsas xüsusiyyətlərinin bir çoxu geriyə uyğun, lakin indi dəstəklənməyən Python 2.6 və 2.7-yə də əlavə edilmişdir.[10]
Nömrələnmiş versiyalardan əvvəlki buraxılışlar:
Table notes: