Portuqaliyalı İzabella (Kastiliya kraliçası)

Portuqaliyalı İzabella
17 avqust 1447 – 22 iyul 1454
ƏvvəlkiAraqonlu Mariya
SonrakıPortuqaliyalı Yuanna
Şəxsi məlumatlar
Doğum tarixi 1428
Doğum yeri
Vəfat tarixi 15 avqust 1496
Fəaliyyəti royal consort of Castile[d]
Atası İnfant Con
Həyat yoldaşı
Uşaqları
Ailəsi Avis sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 1428, Portuqaliya krallığı15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı.

İzabella Portuqaliya1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi.

Həyatı

İlk illəri

İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi. Beləcə, cütlüyün toy mərasimi 22 iyul 1447-ci ildə baş tutdu.

Kraliçalıq illəri

Sarayda güclü nüfuza malik olan Alvaro Luna uşaqlığından bəri kralı təsiri altında saxlayırdı və evləndikdən sonra da bu təsirini davam etdirmək niyyətində idi. Ancaq yeni kraliça ilə münasibətləri pis idi və onunla kral üzərində nüfuz çatışmasına girişdi. Hətta sarayda gəzən şayələrə görə, keçmiş kraliçanı vaxtilə zəhərləyərək öldürən Alvaro Luna, bu dəfə də kralın yeni xanımını aradan götürməyi planlaşdırırdı. Kraliça İzabella öz adını verdiyi qızı İzabellanın 1451-ci ildə doğumuna qədər bu mübarizəni davam etdirdi.

1453-cü ildə Alvaro Lunanın bir əsilzadəni kral əmri olmadan edam etdirməsindən sonra ikilinin münasibətləri pisləşdi. Belə ki, xanımının da təsiriylə kral yaxın adamını həbs etdirdi və daha sonra Luna edam edildi. Ən yaxın adamının ölümündən sonra depressiyaya düşən II Conun səhhəti pisləşdi. 15 noyabr 1453-cü ildə İzabella ən kiçik övladı olan Alfonsonu dünyaya gətirdi ancaq bundan bir neçə ay sonra kral yatağa düşdü. Bir il keçmədən 20 iyul 1454-cü ildə kral vəfat etdi və ilk evliliyindən olan oğlu Henri taxta çıxdı.

Həbs illəri

IV Henri taxta çıxdıqdan sonra özündən 3 yaş kiçik ögey anasını və 2 ögey bacı-qardaşını Arevalo qəsrinə həbs etdirdi. Dul kraliça anasının da yardımıyla övladlarını burada sərt bir şəraitdə böyütməyə başladı. IV Henrinin xanımı Yuannanın yeganə övladına hamilə olduğu (şayələrə görə, kraliça saraydakı sevgilisi Beltran Kuevadan hamilə idi) 1461-ci ildə dul kraliça övladlarından məcburi şəkildə ayrıldı.

Araqon kralı V Alfonso 1458-ci ildə şübhəli şəkildə vəfat etdi və taxta qardaşı II Con çıxdı. Dul kraliçanın böyük qızı Kastiliyalı İzabella isə həm anasını həbsdən xilas etmək, həm də siyasi güc qazanmaq məqsədilə önəmli evlilik niyyətində idi. Belə ki, 1469-cu ildə qardaşından guya anasını ziyarət etmək üçün icazə istəyərək gizlicə Valyadolidə getdi və burada yeni kralın oğlu və vəliəhdi Ferdinandla evləndi.

IV Henri isə 1474-cü ildə vəfat etdi və qızı Yuanna (halbuki sarayda onun qeyri-məşru olduğuna inanılırdı) Kastiliya kraliçası olmaq üçün namizədliyini irəli sürdü. Ancaq sabiq kralın qızı olaraq Kastiliyalı İzabella həm ailə şəcərəsi, həm də siyasi evliliyi səbəbilə taxta layiq görüldü və Kastiliya kraliçası seçildi. Qızının səltənəti illərində Portuqaliyalı İzabella rahat həyat yaşadı və 1496-cı ildə ölümünədək hər il qızı tərəfindən ziyarət edildi.

Mənbə

  • Downey, Kirstin (2014). Isabella: The Warrior Queen. Knopf Doubleday Publishing Group. pp. 3–7. ISBN 9780385534123.
  • Brown, Kendall. "Isabel of Portugal (1428–1496)". Encyclopedia.com. Retrieved 23 September 2019.
  • Weissberger, Barbara F. (2008). Queen Isabel I of Castile: Power, Patronage, Persona. Tamesis Books. p. 21. ISBN 9781855661592.
  • Downey, Kirstin (2014). Isabella: The Warrior Queen. Knopf Doubleday Publishing Group. p. 444. ISBN 9780385534123.
  • Caro Dobón, Luis; Fernández Suárez, María Edén (2008). "The real burials of the Miraflores Charterhouse" (PDF). Science Fieldwork: Dissemination Magazine (in Spanish). University of León: Publications Service (2): 23–37. ISSN 1988-3021.
  1. 1 2 3 Kindred Britain.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!