Penon de Əlcəzair (isp.Peñón de Argel) — Aralıq dənizininƏlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi.
Tarix
1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər[1]. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi[2]. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir.
Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
İstinadlar
↑International Dictionary of Historic Places: Middle East and Africa Trudy Ring p.54 [1]Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
↑E.J. Brill's first encyclopaedia of Islam, 1913-1936 by Martijn Theodoor Houtsma p.258 [2]Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!