Pedro Antonio de Alarkon (isp. Pedro Antonio de Alarcón y Ariza; 10 mart 1833[1][2][…], Quadis[d], Əndəlüs[5] – 19 iyul 1891[3][4], Madrid[3]) — İspaniya yazıçısı.
Həyat və yaradıcılığı
Pedro Antonio de Alarkon 10 aprel 1833-cü ildə İspaniyanın Qranada əyalətindəki Quadiks şəhərində anadan olmuşdur. O, "Milli əhvalatlar" (1881), "Məhəbbət hekayələri" (1881), "Ağlasığmaz hekayələr" (1882) novella məcmuələri və "Üçbucaq şlyapa" (1874) povestinin müəllifidir. Alarkon ispan ədəbiyyatının demokratik ənənələrini davam etdirmişdir. Buna baxmayaraq, "Qalmaqal" (1875), "Əxlaqsız qadın" (1882) romanlarında katolik ideyalarını təbliğ etmiş, fikir azadlığının əleyhinə çıxmışdır. "Xain" hekayəsi Azərbaycan dilinə tərcümə olunmuşdur. Pedro Antonio de Alarkon 10 iyul 1891-ci ildə İspaniyanın Madrid əyalətinin Valdemoro şəhərində vəfat etmişdir.[6]
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|