Əndəlüs,[2][3] həmçinin Əndəlus[4], Əndəlis[5] və ya Andalusiya[6] (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr.
Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar. Rekonkistanın gedişində Əndəlüsün çox hissəsi ərəblərdən geri alındı (XIII əsr). Orta əsrlərdə sənətkarlıq və ticarət xeyli inkişaf etmiş, iri torpaq sahibliyi geniş yayılmışdı. Qranada əmirliyi ərəblərdən geri alındıqdan (1492) sonra Əndəlüs bütünlükdə İspaniya krallığına daxil edildi.
İstinadlar
Xarici keçidlər
|
---|
Muxtar əyalətlər | | |
---|
Muxtar şəhərlər | |
---|