Pakistan prezidentlərinin siyahısı

Pakistan Prezidentinin bayrağı.

Pakistan prezidenti — Pakistan İslam Respublikasının dövlət başçısı. Pakistan Konstitusiyasına görə, Prezidentin "Milli Məclisi ləğv etmək, yeni seçkilərin başladılması və bununla belə baş naziri vəzifəsindən azad etmək kimi səlahiyyətləri vardır".[1] Bu səlahiyyətlər hərbi çevrilişlərin və hökumətdəki dəyişikliklərin nəticəsi olaraq konsititusiyada dəfələrlə dəyişildi. 2010-cu ildə Konstitusiyada 18-ci düzəliş qəbul edilərək Pakistan yarı prezidentlikdən parlamentli respublikaya çevrildi. Bu sistemə görə, prezident məhdud idarəetmə səlahiyyətlərinə malik olacaq və baş nazir qərarların icrası üçün daha çox səlahiyyətlərə sahib olacaqdı.[2] Həmçinin qərara görə, prezident Başçı Senat, Milli Məclis və İl (Tehsil) Məclislərindən ibarət Seçki Kollegiyası tərəfindən seçilir.[3]

Pakistanda 1956-cı ildən indiyədək 13 prezident vəzifəyə təyin edilib.[4] Vəzifə 1956-cı ildə, konstitusiyasının qəbulundan sonra Pakistanda elan edildi və İskəndər Mirzə ölkənin ilk prezidenti oldu.[5][6] Bu on üç prezidentdən əlavə, iki fəaliyyətdə olan prezident də (Vasitəçi) qısa müddət ərzində vəzifədə olub. Onlardan biri, Vasim Səccad, 1993 və 1997–1998-ci illərdə iki dəfə prezidentlik vəzifəsini icra edib.[7] Pakistanda prezident beş il müddətində vəzifəsini icra edir. Bir prezidentin vəzifəsini icra edərkən səlahiyyətlərinə son verildiyi və ya prezident istefa verdiyi təqdirdə, Senat Sədri müvəqqəti vəzifəyə təyin edilir.[3]

Altı prezident bir siyasi partiyanın üzvü olmuş və onlardan dördü Pakistan Xalq Partiyasının (PXP) fəal tərəfdarı idi. Birinci prezident İskəndər Mirzə Pakistan tarixində prezident olmuş ilk hərbi zabit idi, üç prezident də hərbi zabitlik vəzifəsindən yüksələrək Pakistanın tarixində uğurlu hərbi çevrilişlər yolu ilə güc qazanmışdı: 1958-ci ildə Eyyub xan, 1977-ci ildə Məhəmməd Ziyaülhaqq və 1999-cu ildə Pərviz Müşərrəf.[4][8] Prezident Ziyaülhaqq, 17 avqust 1988-ci ildə Bahavalpurdan İslamabada qayıdarkən təyyarə qəzasında həlak olmuşdu.[9][10] Eyyub Xan isə iki dəfə prezident seçilərək təxminən 10 il beş ay ilə ən uzun müddət vəzifədə qalmış prezident idi.[11]

Pakistanın hazırkı prezidenti Arif Alvi Pakistan Təhrik-i İnsaf partiyasının üzvüdür.

Vasitəçi prezidentlik

Prezident vəzifəsindən istefa edərsə, və ya prezidentlik müddətində onun prezidentlik səlahiyyətlərini icra etməyinə son verilərsə, bu halda Senat Sədri və ya Milli Məclisin Sədri qısa müddətlik prezident səlahiyyətlərini icra edə bilər. Çünki Pakistan konsititusiyasına vitse-prezidentlik daxil deyil.

Pakistanda qubernatorluq və inkişafı

Pakistanda prezidentliyin əsası qubernatorluq ilə başladı. Qubernatorlar beş əyaləti idarə edirdilər: Şərqi Benqal (indi Banqladeş), Qərbi Pəncab, Bəlucistan, SindŞimal-Qərb Sərhəd vilayəti. Hər vilayətin qubernatoru Pakistanın General-Qubernatoru tərəfindən təyin olunmuşdu. Bundan əlavə, daha sonralar Qərbi Pakistanı əhatə edən, Pakistan ərazisində olan kiçik xanlıq-dövlətləri Pakistana qoşuldular. Bunlara Bahavalpur, Xaypur, Suvat, Dir, Xunza, Şitral, Makran və Kalat xanlığı daxil idi.

II Elizabet hakimiyyəti

1953-cü ildə kraliça II Elizabetin tacqoymasından əvvəl, 1950-ci ildə Hindistan konsititusiyasına uyğun olaraq Hindistan Respublikası yarandı, çünki Hindistan, hələ də o zaman Pakistan kimi dominion idi. Həmçinin Pakistanın da azadlıq qazanmasına baxmayaraq, ölkəni general-qubernator idarə edirdi

Pakistan Respublika Konstitusiyasını qəbul etməsindən sonra, 23 mart 1956-cı ildə Dominion olmağı dayandırdı. Ancaq Pakistan Millətlər Birliyinin tərkibində olan respublika olaraq qaldı.

Şərqi Pakistan (Banqladeş) 1972-ci ildə Pakistan Birliyini tərk etdi. Daha sonra yenidən 1989-cu ildə birliyə qoşuldu, sonra isə iki dəfə birliyi dayandırdı: birincisi, 18 oktyabr 1999-cu ildən 22 may 2004-cü ilə qədər, ikincisi, 22 noyabr 2007-ci ildən 22 may 2008-ci ilə qədər.

Prezidentlərin siyahısı

Prezident siyahısı
Partiyanın adı
Respublika Partiyası
Pakistan Müsəlman Liqası (K)
Silahlı Qüvvələr
Partiyasız
Müsəlman Liqası (Q)
Pakistan Xalq Partiyası
Müsəlman Liqası (N)
Pakistan Təhrik-i İnsaf
No Portret Adı
(Doğum–Ölüm tarixi)
Vəzifəyə gəlib Vəzifədən gedib Seçkilər Siyasi Partiya Qeydlər
1 A black and white portrait of Iskander Mirza İskəndər Mirzə
(1899–1969)
23 mart 1956 27 oktyabr 1958  Pakistandakı dövlət çevrilişi (1958) Respublika Partiyası
2 A black and white portrait of Ayub Khan Eyyub xan (1907–1974) 27 oktyabr 1958 8 iyun 1962  Pakistandakı dövlət çevrilişi (1958)   Hərbi Diktator
(2) 8 iyun 1962 29 noyabr 1963 2 yanvar 1965 Hərbi Diktator Pakistan Müsəlman Liqası (K)
Fəzəl Qədir Çaudhri
(1919–1973)
Vasitəçi
29 noyabr 1963 12 iyun 1965  — Pakistan Müsəlman Liqası (K)
(2) A black and white portrait of Ayub Khan Eyyub xan
(1907–1974)
12 iyun 1965 31 mart 1969 2 yanvar 1965 Pakistan Müsəlman Liqası (K)
3 A portrait of Yahya Khan Yəhya xan
(1917–1980)
31 mart 1969 20 dekabr 1971  —Hərbi Diktator  Hərbi Diktator
4 Zülfüqar Əli Bhutto
(1928–1979)
20 dekabr 1971 13 avqust 1973 20 dekabr 1971 Pakistan Xalq Partiyası
5 Fəzəl İlahi Çaudhri
(1904–1982)
14 avqust 1973 20 aprel 1978 14 avqust 1973 Pakistan Xalq Partiyası
Şeyx Ənvər ül-Haqq
(1917–1995)
Vasitəçi
20 April 1978 7 may 1978 14 August 1973 Pakistan Xalq Partiyası
(5) Fəzəl İlahi Çaudhri
(1904–1982)
7 may 1978 16 sentyabr 1978 14 avqust 1973 Pakistan Xalq Partiyası
6 Məhəmməd Ziyaülhaqq
(1924–1988)
16 sentyabr 1978 17 avqust 1988  Hərbi Diktator  Hərbi Diktator
7 Qulam İshaq Xan
(1915–2006)
17 avqust 1988 18 iyul 1993 13 dekabr 1988 Partiyasız
Vasim Səccad
(1941– )
Vasitəçi
18 iyul 1993 14 noyabr 1993 Pakistandakı dövlət çevrilişi cəhdləri (1995) Pakistan Müsəlman Liqası (N)
8 Farruk Ləqhari
(1940–2010)
14 noyabr 1993 2 dekabr 1997 14 noyabr 1993 Pakistan Xalq Partiyası
Vasim Səccad
(1941– )
Vasitəçi
27 dekabr 1997 1 yanvar 1998 Pakistan Müsəlman Liqası (N)
9 A side shoot of Muhammad Rafiq Tarar at an award ceremony Məhəmməd Rafiq Tarar
(1929–)
1 yanvar 1998 20 iyun 2001 31 dekabr 1997, Pakistandakı dövlət çevrilişi (1999) Pakistan Müsəlman Liqası (N)
10 A portrait of Pervez Musharraf Pərviz Müşərrəf
(1943– )
20 iyun 2001 6 oktybr 2007 1 yanvar 2004 [q 1]  Hərbi Diktator
(10) 6 oktyabr 2007 18 avqust 2008 6 oktyabr 2007 Hərbi diktator
Pakistan Müsəlman Liqası (Q)
Məhəmməd Mian Samro
(1950– )
Vasitəçi
18 avqust 2008 9 sentyabr 2008 Pakistan Müsəlman Liqası (N)
11 A portrait of Asif Ali Zardari Asif Əli Zərdari
(1955– )
9 sentyabr 2008 9 sentyabr 2013 6 sentyabr 2008 Pakistan Xalq Partiyası
12 Məmnun Hüseyn
(1940–2021)
9 sentyabr 2013 9 sentyabr 2018 30 iyul 2013 Pakistan Müsəlman Liqası (N)
13 Arif Alvi
(1949– )
9 sentyabr 2018 Hal-hazırda
(Vəzifəni 9 sentyabr 2023-cü ilədək icra edəcək)
4 sentyabr 2018 Pakistan Təhrik-i İnsaf

Hazırda yaşayan sabiq prezidentlər

Qeydlər

  1. Müşərrəf Pakistan seçicilər kollegiyasından etimad səsi almış və özünü Pakistan prezidenti seçmişdi.[12]

İstinadlar

  1. "The President's Role". Presidency of the Islamic Republic of Pakistan. 7 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  2. "Pakistan parliament agrees to curb presidential powers". BBC News. 8 aprel 2010. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2012.
  3. 1 2 "The constitution of the islamic republic of pakistan". Pakistan Respublikasının Milli Məclisi. 2018-12-26 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2012.
  4. 1 2 "Previous Presidents". Presidency of the Islamic Republic of Pakistan. 25 aprel 2011. 7 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  5. Monitoring Desk. "Former President Iskander Mirza remembered". The Frontier Post. 14 noyabr 2012. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  6. "Iskander Mirza". PakistanHerald.com. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2013.
  7. "Wasim Sajjad". DailyPakistan.com. 14 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  8. "World: South Asia – Pakistan's army and its history of politics". BBC News. 12 oktyabr 1999. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  9. Fathers, Michael. "Obituary: President Mohammad Zia ul — Haq". The Independent. 18 avqust 1998. İstifadə tarixi: 16 yanvar 2013.[ölü keçid]
  10. Ali, Hasan. "4 military dictators among 14 heads of state under Officers' Club of Revolutionary Armed Forces". Daily Times. 19 avqust 2008. 16 aprel 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2013.
  11. Aziz, Sartaj. Between Dreams and Realities: Some Milestones in Pakistan’s History. Karachi, Pakistan: Oxford University Press. 2009. səh. 408. ISBN 978-0-19-547718-4. 2013-09-19 tarixində orijinalından arxivləşdirilib.
  12. Waldman, Amy. "Pakistan gives Musharraf confidence vote as president". The New York Times. 2 yanvar 2004. 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2013.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!