15 noyabr 1899-cu ildə Bombeydə İran əsilli şiə bir ailənin uşağı olaraq dünyaya gəldi. "Bombey Elphinstone" və "Sandhurst Royal Military" kolejlərində hərbi təhsil aldı və İngilis ordusunun ilk Hindli zabiti oldu (1920). Avqust 1926-cı ildə "Political Servicee" təyin edildi; 1945-ci ilə qədər Şimali-qərbi Sərhəd əyalətində, 1945–1946-cı ildə Orissa ştatında və 1946–1947-ci illərdə yıllarında Müdafiə Nazirliyində yüksək idarəçilikdə təmsil olundu. Əsgəri və bürokratik vəzifələri sırasında bölgədəki tayfaları tanıdı, onlara qarşı necə bir siyasət izlənəcəyini öyrəndi.
Pakistan dövlətinin qurulmasından sonra Müdafiə Nazirliyinə gətirildi. Müdafiə naziri olduğu illərdə (1947–1954) ordunun nizam-intizamı və Kəşmir məsələsiylə digər bəzi işlərdə təsirli fəaliyətlərdə oldu; özəlliklə Pakistanı Türkiyə, İran, İraq və İngiltərənin qurduğu bir ortaq müdafiə və bölgəsəl iş birliyi təşkilatına daşıdı. 1954-cü ildə Şərqi Pakistan hərbi valiliyinə, 1955-ci ildə Daxili işləri nazirliyinə və arxasından Pakistan ümumi valiliyinə, 1956-cı ildə də yeni konstitusiyanın qəbulüyle prezidentliyə gətirildi; qısa müddətdə ölkənin ən güclü adamı halına gəldi. Prezidentliyi sırasında siyasətçilərə qarşı nüfuzlu bir şəxsiyyət tövrü sərgilədi. Amerikadakı kimi çox geniş vəzifələrə sahib bir prezidentlik sistemi arzulayırdı və xalqın parlamentar idarəyə hələ hazır olmadığı qənaətindəydi.
Siyasətçilər bir tərəfdən ona qarşı mübarizə edir, bir tərəfdən də öz aralarında çəkişirdilər. Siyasi qarışıqlıq nizamsızlığa və iqtisadi çalxantılara yol açırdı. Nəhayət 1957-ci ildən etibarən bu duruma bir son vermək istəyən İskəndər Mirzə, 7 oktyabr 1958-ci ildə ümumi seçki üçün daha öncədən tarix bildirilmiş olmasına baxmayaraq konstitusiyanı qaldırıb, fövqəladə vəziyyət elan etdi; Baş Qərərgah rəisi Eyyub xana da fövqəladə vəziyyəti uyğulaması üçün vəzifə verdi. Fəqət bir neçə gün içərisində Eyyub xan ilə anlaşmazlığa düşdü; İskəndər Mirzə əvvəlkisi kimi iqtidarını sürdürməyi, Eyyub xan isə öz gücünü daha artıq hiss etdirməyi istəyirdi. Eyyub xan, fövqəladə vəziyyətin elanından iyirmi gün sonra özünün baş nazirliyində yeni bir hökumət qurulduğunu açıqladı və İskəndər Mirzəni istefaya məcbur etdi (27 oktyabr 1958); bir həftə sonra da onu Londona ömür boyu sürgünə göndərib prezidentliyini elan etdi.
Londonda siyasətdən kənar qalaraq səssiz bir həyat keçiren İskəndər Mirzə, Pakistanı Türkiyə kimi modern bir ölkə etmək istəyir, bu mövzuda çox özəndiyi Mustafa Kamal Atatürkdən təsirlənirkən önəmli qərarlarından öncə də Baş nazir Adnan Menderesdən düşüncələrini soruşurdu. Din adamlarından xoşlanmadığı üçün dövlət işlerində uləmaya yer vermək istemirdi. Pakistanı Cənubi-şərqi Asiya Andlaşması Təşkilatı (SEATO) və Bağdad Paktına (Mərkəzi Andlaşma Təşkilatı [CENTO]) daxil etmiş, Əfqanıstanla da yaxşı münasibətlər inkişaf etdirməyə özən göstərmişdi.
İskəndər Mirzə Londonda yetmişinci doğum günü olan 15 noyabr 1969-cu ildə öldü.