Burun ilk dəfə 1778-ci ildə Ceyms Kuk tərəfindən aşkarlanmışdır və Nordkap («Şimal burnu») olaraq adlandırılmışdır. Yerli əhali burnu İr-Kappeya adlandırırlar. 1934-ci ildə burun məşhur sovet qütb araşdırmaçısı Otto Şmidtin şərəfinə adlandırılır.
Şmidt burnunda Neolit dövrünə aid qədim ovçuların alətləri aşkarlanmışdır. Burada hətta Çukçalara məxsus olan qalaça olmuşdur[3].
Təbiətin qorunması
2010-ci ildə burunda yerli əhəmiyyətli qoruq ərazi təşkil edilir. Layihənin məqsədi dünyanın ən böyük Morj yerləşim yerlərinin və ağ ayıların qorunması olmuşdur[4].