Orleanlı Marqarita (fr. Marguerite d'Orléans; 13 dekabr 1406 – 3 may 1466) — Orlean hersoqu I Lüdovikin qızı, Vertus qrafinyası.[1]
1423-cü ildə Navarralı Jannanın Bretan hersoqu IV Conla baş tutan ilk evliliyindən olan oğlu Riçardla evləndirildi və bu nigahdan 7 övladı doğuldu. Ancaq soyu yeganə oğlunun şəcərəsi ilə davam etdi, qızları ya uşaq və ya gənc yaşda vəfat etdi, ya da rahibə olub kilsəyə qapandı.