Orleanlı Luiza (fr. Louise d'Orléans) və ya Orleanlı Luiza Mariya Tereza Şarlotta İzabella (fr. Louise Marie Thérèse Charlotte Isabelle d'Orléans) (3 aprel 1812[2][3][…], Palermo – 11 oktyabr 1850[2][3][…], Ostende[d], Qərbi Flandriya) — Fransa kralı I Lui-Filippin qızı, I Belçika kraliçası.
3 aprel 1812-ci ildə Palermo, Siciliyada dünyaya gəldi. Atası Orlean hersoqu və gələcək Fransa kralı Lui-Filipp, anası isə Mariya Amaliyadır. 1830-cu ildə atası Fransanın son kralı olaraq taxta çıxdı və kralın böyük qızı olaraq münasib bir namizədlə evlənməsi planlaşdırıldı. Nəticədə, 9 avqust 1832-ci ildə Belçika kralı I Leopoldla evləndirildi və cütlüyün bu nigahdan 4 övladı doğuldu.