Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə[2] Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış,[3] lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir.[4]
Məqsədlər
"Open Knowledge Foundation"ın məqsədləri bunlardır:
- Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək.
- "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi.
- "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək.
- Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN.
- Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək.
Şəxslər
Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.[5] Ketrin Ştihler 2019-cu ilin fevralından 2020-ci ilin avqustuna qədər baş direktor vəzifəsində çalışmışdır. O, "Creative Commons" şirkətinin baş direktoru olmaq üçün "Open Knowledge Foundation"dan ayrılmışdır.[6] 2015–2017-ci illər arasında Pavel Rixter "Open Knowledge Foundation"ın baş direktoru vəzifəsini icra etmişdir. Pavel əvvəllər "Wikimedia Deutschland"ın icraçı direktoru olmuşdur.
"Open Knowledge Foundation"ın Məsləhət Şurasına açıq giriş, açıq məlumatlar, açıq məzmun, açıq elm, məlumatların vizuallaşdırılması və rəqəmsal hüquqlar sahələrindən olan insanlar daxildir. Bu, 2015-ci ildə aşağıdakılardan ibarət idi:[7]
- Endrü Stott
- Bekki Hoge
- Bencamin Mako Hill
- Karolina Rossini
- Kristofer Korbin
- Deniyel Ditrix
- Denis Parfenov
- Piter Mürrey-Rast
- Soren Auer
- Qlin Mudi
- Hannes Qassert
- Linn M. Kombs-Herd
- Cordan S. Hetcher
- Co Volş
- Mark Surman
- Meyo Fuster Morell
- Nat Torkinqton
- Piter Kolpayert
- Qans Roslinq
- Con Noton
- Naycel Şedbolt
- Panayotis Bamidis
- Piter Suber
- Yaşodara Kordova
Şəbəkə
2018-ci ildən etibarən "Open Knowledge Foundation"ın müxtəlif ölkələrdə 11 rəsmi bölməsi və 38 qrupu var.[8] 2022-ci ilin noyabrında "Open Knowledge Network" iki yeni layihə ilə yenidən işə salınmışdır.[9]
O, həmçinin 19 işçi qrupunu dəstəkləyir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
|
---|
Konsepsiyalar və təcrübələr | Əsas konsepsiyalar |
|
---|
Araşdırma və elm | |
---|
Data, məlumat, və bilik | |
---|
Kommunikasiya və öyrənmə | |
---|
İqtisadiyyat, istehsal, və tərtibat | Məhsullar | |
---|
İqtisadi prinsiplər | |
---|
|
---|
Siyasət və hakimiyyət | |
---|
|
---|
Təşkilatlar | |
---|
Fəallar | |
---|
Layihələr və hərəkatlar |
|
---|