Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.[1]
Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.