Norveç

Norveç
bukmol Kongeriket Norge
nyunorsk Kongeriket Noreg
şimal saam Norgga gonagasriika
cənub saam Nöörjen gånkarijhke
lule saam Vuona gånågisrijkka
Bayraq Gerb
Bayraq Gerb
Enige og tro inntil Dovre faller  (dil?)
Einige og tru inntil Dovre fell  (dil?)

"Dovre yıxılana qədər birləşmiş və sadiq"
Tarixi
 • Norveçin birləşməsi 872
 • Norveç Krallığı (872–1397) 1263
 • Kalmar birliyi 1397
 • Danimarka-Norveç 1524
 • Norveç Krallığı (1814)[1] 25 fevral 1814
 • Konstitusiya 17 may 1814
 • İsveç-Norveç birliyi 4 noyabr 1814
 • İsveç-Norveç birliyinin dağılması 7 iyun 1905
Rəsmi dilləri
Paytaxt Oslo
İdarəetmə forması Unitar Konstitusiyalı monarxiya Parlament
Norveç monarxı V Harald
Norveç Baş naziri Jonas Gahr Støre
Sahəsi Dünyada 67-ci
 • Ümumi 385,207 km²
 • Su sahəsi (%) 5.7
Əhalisi
 • Əhali 5,550,203[2] nəfər (118-ci)
 • Sıxlıq 14.4 nəf./km² (213-cü)
 • Ümumi 490.293.364.377 $[4], 579.267.365.866 $[4]
ÜDM (AQP)
 • Ümumi $425 milyard mlrd.[3] dollar  (52-ci)
 • Adambaşına $78,128[3] dollar  (6-cı)
ÜDM (nominal)
 • Ümumi (2022) $504 milyard [3] dollar  (30-cu)
 • Adambaşına $92,646[3] dollar  (3-cü)
İİİ (2022) 0.966 (Artım; 2-ci)
Demonim Norveçli
Valyuta Norveç kronu
İnternet domeni .no
ISO kodu NO
BOK kodu NOR
Telefon kodu +47
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan MayenŞpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adasıKraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, FinlandiyaRusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

Tarix

Norveç qışda peykdən görüntü
Trondheimsfjordyaxınlığında
Şimali Norveç
Rondeslottetgölü Rondane Milli parkında, Şərqi Norveç
, Sogn og Fjordane
Muskok Dovrefjellda
Toten

VIII–XI əsrlər arasında Norveçdə Vikinqlər olaraq bilinən bir dövlət höküm sürmüşdür. Davakar bir xalq olaraq tanınan Vikinqlər cənubda Britaniya, İrlandiya,İslandiya, Qrenlandiya ve hətta Şimali Amerikaya qədər çataraq koloniyalar qurdular. 1000-ci illərdə Xristian missionerlər Norveçdə Xristiyanlığı yaymağa başladılar. Norveç kralı I. Haakon Xristiyanlığı qəbul etdi. 1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cı ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-cı ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, QrenlandiyaFinlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.

1521-ci ildə İsveç Kalmar Birliyindən ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Lüter tərəfindən Almaniyada başladılan Protestant Reformasiyası ilə sarsıldı. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etməyə davam etdilər. Kralları bir idi, amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı-ayrı olmağa davam etdi. 19-cu əsrin başlanğıcında Norveç Napolyon döyüşləriylə təməlindən sarsıldı. Fransa müharibədə məğlub olanda Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir.

Norveç Birinci Dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına baxmayaraq 9 Aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 May 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

Coğrafiyası

Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalarda Norveçə məxsusdur. Şərqdə, İsveç (sərhəddin uzunluğu 1619 km), şi-mal-şərqdə Finlandiya (729 km) və Rusiya (167 km) ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə şimal dənizlərinə çıxışı var.

Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli dovarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, sanki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu oyuqlar sahil dalğalarının qayalara çırpılması nəticəsində yaranır. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və ya qayıqlar keçə bilər.

Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız ki-çik adalar səthə çıxır. Gəmişilik üçün yararsız olan Norveç çaylarından fərqli olaraq, fyordlar ölkənin əlverişli su yolları sayılır.

Norveç dənizinin fyordları, dəniz tərfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur. Fırtına zamanı fyord-lar həmçinin gəmilər üçün yaxşıd aldanacaq rolu oynayır. Norveç ərazisinin 70 faizini təşkil edən orta yüksəklikli Skandinaviya dağları cə-nub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi Qalhöpiggen dağıdır (2469m). Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir.Əsas çaylar Lo-gen, Beqna və Qlommadır.

Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cə-nub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Şimali Avropanın ən isti ölkəsidir. Osloda və şimla sahillər-də yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək olur. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulun orta temperaturu müsbət 12, Oslo ətra-fında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.

Stavangerdən Namsusa qədər olan sahil ərazidə isə ümumiyyətlə orta aylıq tem-peratur il boyu mənfi olmur. Amma ölkənin bir sıra daxili rayonlarında iqlim olduqca sərtdir. Elə rayonlar var ki, qış yeddi ay davam edir, bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə enir.

Əhalisi

Norveçin iri şəhərlə-ri Kristiansann, Berken, Oslo, Tronheym isə əsas portlarıdır. Əhalinin böyük əksəriy-yəti – norveçlilərdir. Ölkədə digər etnik qruplardan – saamilar danimarkalılar, isveçlilər finlər yaşayır. Orta ömür müddəti: kişilər üçün 74, qadınlar üçün 81 ildir.

Etnik tərkibi

Norveçlilər 79%, digər xalqlar 21%

Mədəniyyət

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İbseni misal göstərmək olar.

Norveç Krallığında ali təhsil

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən akkreditə olunmuş tədris proqramları təqdim edirlər.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir:

  • ali təhsil müəssisələrinin akkreditasiyası;
  • ali təhsil proqram və kurslarının akkreditasiyası;
  • akkreditasiya prosesinin yoxlanılması;
  • ali təhsil müəssisələrində daxili keyfiyyətin təminatının qiymətləndirilməsi;
  • təhsilin qiymətləndirilməsi;
  • texniki peşə təhsilinin tanınması;
  • xarici ixtisasların tanınması.

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün kollec universitetlərində üçillik təhsil almaq tələb olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi (3 illik) ixtisaslarına yiyələnmək lazımdır.

3 illik təhsilə əsaslanan ilk universitet dərəcəsi almış müəllimlər orta məktəbin aşağı pilləsində dərs demək hüququ qazanır. Universitet dərəcəsi əldə etdikdən (5–6 il) sonra bir il əlavə müəllim təlimi proqramlarında ixtisas almaqla orta məktəbin yuxarı pilləsində dərs demək olar.

Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara yiyələnmiş mütəxəssislər daha nüfuzlu kadr kimi işə qəbul olunur və yüksək maaş alırlar. Əcnəbilərin bu ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər mövcuddur.

Mətbəx

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Norveçdə spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.

Din

İqtisadiyyatı

Norveçin iqtisadiyyyatı XX əsrin 50–60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu. 1960-cı ldə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dünyada üçüncü yeri tutdu. Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarılması, yeyinti, sellüloz-kağız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhsulları çıxara dövlətlər sırasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhsullarının yarıdan çoxu idxal edilir.

Turizm

İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir.1999-cu ildə 1mln.-dan artıq Norveç vətəndaşı xarci səfərlərdə işitrak etmişdir. Onlar səfər etdikləri ölkələrdə 4.7 mlrd. ABŞ dolları həc-mində pul xərcləmişlər. Həmin ildə Norveçə 4.5 mln.-a yaxın əcnəbi turist gəmişdir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə büruzə verir.

Turistlərin yarıdan çoxu ölkəyə iyul, iyun və avqust aylarında gəlirlər. 1999-cu ildə ölkə turizm fəaliyyətindən təqribən 2.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə etmişdir. Baxma-yaraq ki, Norveçdə turistlərin gecələməsi üçün 190 min yer möv-cuddur. Son vaxtlar ölkə tərəfindən turizm regionlarına dair güclü reklam kompaniyası həyata keçirilir. Turistlər tərfindən səyahətlər üçün seçilən region Norveç fyordları-dır. Gələn turistlərin 76%-i bura öz tutur. Bundan əlavə ölkədə safari turizmi, xüsusən balıqçılıq geniş yayılıb.

Norveç dağlar fyordlar və buzlaqlardan meydana gəlmiş, əl dəyilməmiş gözəlliyə sahib bir ölkədir. Norveçdə turistlərin avtomobillə qatarla etdikləri səyahətlərdə qar-şılaşdıqları təbii mənzərələr onları valeh edir.

Ölkənin cənubunda əkinçilik sahələri, möhtəşəm meşələr və çimərliklər geniş yer tutur. Norveçdə turistlər Svalbad adalarında fok, morj, və qütb ayılarının buzlar üzərin-dəki günəş duşuna şahid ola bilərlər.

Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, ta-rixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər – Oslo və ətrafı, Myosa göllər zonası, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dəniz sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.

İdman

Norveç dağ-xizək idman növünün vətəni sayılır. Burada qış kurortlarının yaranma tarixi Avropa kurortlarının yaranma tarixi ilə üst-üstə düşür. Ümumiyyətlə iqliminə görə buranın kurortları qitədə ən uzunmüddətli kurortlardır. Ölkənin ən tanınmış kurortu Yaylo kurortudur. Burada qış idman növləri üçün yaxşı inkişaf etmiş baza var. Burada ilk yarışlar 1935-ci ildə keçirilib, qar bütün il boyu olur.

Memarlıq

Norveç arxitekturası bənzərsiz gözəllikdə kilsələri ilə seçilir. Norveç mədəni ənənələrinə bağlı bir ölkədir. Burada toy, bayram və festivallarda ənənəvi paltarlar geyinmiş insanlara daha çox rast gəlinir.

Dil

Norveç dili (rəsmi dövlət dili)

İstinadlar

  1. regjeringen.no. "The Re-establishing of a Norwegian State". Government.no. 5 July 2011. 18 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2019.
  2. "Population, 2024-01-01" (ingilis). Statistics Norway. 2024-02-21. 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.
  3. 1 2 3 4 "Norway". International Monetary Fund. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
  4. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  5. http://chartsbin.com/view/edr.

Həmçinin bax

Read other articles:

Region in Southern Scandinavia For the cargo ship, see MV Skåneland. Skåneland Halland · Scania · Blekinge · Bornholm Sweden and part of Denmark, with the historic region Skåneland (the Scanian provinces) in brown, consisting of the Swedish provinces Blekinge, Halland and Scania, and the Danish island Bornholm The flag of Skåneland, registered with Scandinavian Roll of Arms as a cultural symbol for the region Skåneland (Swedish and Danish) or Sk

 

Neyyire Neyir Información personalNombre de nacimiento Münire EyüpNacimiento 1940Estambul, Turquía Fallecimiento 13 de febrero de 1943 Estambul (Turquía) Causa de muerte Cardiopatía Sepultura Cementerio Zincirlikuyu Residencia TurquíaNacionalidad TurcaFamiliaCónyuge Muhsin ErtuğrulEducaciónEducada en Amerikan Kız KolejiInformación profesionalOcupación escritora y actrizÁrea cineAños activa 1923-1943[editar datos en Wikidata] Neyyire Neyir (nacida como Münir...

 

Celeste (higo) Higo 'Celeste'.Parentesco híbrido Progenitor procedente de Malta?Nombre comercial 'Celeste'Origen Estados Unidos.[editar datos en Wikidata] 'Celeste' es un cultivar moderno de higuera de tipo higo común Ficus carica unífera, de higos color marrón claro a violeta.[1]​[2]​ En América del Norte son capaces de ser cultivadas en USDA Hardiness Zones 6 a más cálida.[3]​ Sinonímia „Blue Celeste“, „Celestial“, „Conant“, „Honey Fig“, ...

Anubis kan verwijzen naar: Anubis (god), een Egyptische god Anubis (Stargate), een van de valse goden uit Stargate SG-1 Anubis (dier), een andere benaming voor een groene baviaan Anubis (geslacht), een geslacht van boktorren Het Huis Anubis, een tv-soap van Studio 100 op Nickelodeon Anubis The Ride, een attractie uit het pretpark Plopsaland De Panne gebaseerd op bovenstaande tv-soap De poorten van Anubis (Engels: The Anubis Gates), een roman van Tim Powers Anubis (encryptiealgoritme), een blo...

 

Bagian dari seriIlmu Pengetahuan Formal Logika Matematika Logika matematika Statistika matematika Ilmu komputer teoretis Teori permainan Teori keputusan Ilmu aktuaria Teori informasi Teori sistem FisikalFisika Fisika klasik Fisika modern Fisika terapan Fisika komputasi Fisika atom Fisika nuklir Fisika partikel Fisika eksperimental Fisika teori Fisika benda terkondensasi Mekanika Mekanika klasik Mekanika kuantum Mekanika kontinuum Rheologi Mekanika benda padat Mekanika fluida Fisika plasma Ter...

 

ألعاب البحر الأبيض المتوسط 1971مدينة مضيفة تركيا أزميررياضيون مشاركون1362 [1]أحداث18 رياضةمراسم إفتتاحية6 أكتوبرمراسم إغلاق17 أكتوبرستاد أتاتورك ألعاب البحر الأبيض المتوسط 1971 هي ألعاب البحر الأبيض المتوسط السادسة التي نظمت في أزمير في تركيا في الفترة من 6 إلى 17 تشرين ال...

Олексій Холодний Загальна інформаціяПовне ім'я Олексій Дмитрович ХолоднийНародився Нагороди Майстер спорту СРСР Заслужений тренер СРСР Олексій Дмитрович Холодний — майстер спорту СРСР з боксу, заслужений тренер СРСР, перший тренер Віктора Фесечка. Біографія Почав за...

 

Overview of the energy policy of Russia This article uses bare URLs, which are uninformative and vulnerable to link rot. Please consider converting them to full citations to ensure the article remains verifiable and maintains a consistent citation style. Several templates and tools are available to assist in formatting, such as reFill (documentation) and Citation bot (documentation). (September 2022) (Learn how and when to remove this template message) This article needs to be updated. Please...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Februari 2023. Homelix annuliger Klasifikasi ilmiah Kerajaan: Animalia Filum: Arthropoda Kelas: Insecta Ordo: Coleoptera Famili: Cerambycidae Genus: Homelix Spesies: Homelix annuliger Homelix annuliger adalah spesies kumbang tanduk panjang yang berasal dari famili C...

Australian theatre owner (1758–1809) For the British actor and producer, see Robert Sidaway (actor). Robert SidawayBorn14 January 1758St. Leonards, Shoreditch, LondonDied13 October 1809Sydney, AustraliaOccupation(s)Watch case maker, baker, theatre ownerPartnerMary MarshallParentJohn & Elizabeth Sidaway Robert Sidaway (14 January 1758 – 13 October 1809), a convict of the First Fleet, was transported to Australia for stealing in 1788. Robert is known for being baker for the British Mari...

 

Eurovision Song Contest 2013Country MontenegroNational selectionSelection processInternal selectionSelection date(s)Artist: 20 December 2012Song: 14 March 2013Selected entrantWho SeeSelected songIgrankaSelected songwriter(s)Đorđe MiljenovićDejan DedovićMario ĐorđevićFinals performanceSemi-final resultFailed to qualify (12th)Montenegro in the Eurovision Song Contest ◄2012 • 2013 • 2014► Montenegro participated in the Eurovision Song Contest 201...

 

1933 film by Edward F. Cline This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: So This Is Africa – news · newspapers · books · scholar · JSTOR (February 2019) (Learn how and when to remove this template message) So This Is AfricaDirected byEdward F. ClineWritten byLew LiptonNorman KrasnaProduced byHarry Cohn (...

Spanish footballer In this Spanish name, the first or paternal surname is Meré and the second or maternal family name is Pérez. Jorge Meré Meré playing with Köln in 2018Personal informationFull name Jorge Meré PérezDate of birth (1997-04-17) 17 April 1997 (age 26)[1][2]Place of birth Oviedo, Spain[1]Height 1.82 m (6 ft 0 in)[3][2]Position(s) Centre-backTeam informationCurrent team Cádiz(on loan from América)Number 22...

 

Trophy awarded to the winner of the UCLA–USC football game Victory Bell (UCLA–USC) UCLA Bruins USC Trojans First meetingSeptember 28, 1929USC, 76–0Latest meetingNovember 18, 2023UCLA, 38–20Next meetingNovember 23, 2024, in Pasadena, CATrophyVictory Bell (since 1942)StatisticsMeetings total93All-time seriesUSC leads, 50–34–7 (.588)[1]Trophy seriesUSC leads, 47–34–4 (.576)Largest victoryUSC, 76–0 (1929)Longest win streakUCLA, 8 (1991-1998)Current win streakUCLA, 1 (202...

 

洞爺丸事故洞爺丸事故日期1954年9月26日地点 日本津轻海峡死亡1155總人數1337 洞爺丸事故(日语:洞爺丸事故/とうやまるじこ Tōyamaru jiko)是一起日本船難事故,發生於1954年9月26日,日本國有鐵道的青函連絡船「洞爺丸」受颱風15號(洞爺丸颱風)吹襲而沉沒,造成全船1337人共有1155人死亡。 洞爺丸當日由北海道函館,經津輕海峽欲航行至東北的青森,原先已暫緩...

У этого термина существуют и другие значения, см. Варшавский договор (значения), Договор о дружбе, сотрудничестве и взаимной помощи и ОВД. Организация Варшавского договора Эмблема ОВД Карта государств-участников на 1990 год (тёмно-зелёным) и бывших государств-участников (св...

 

United States historic placeWakely Mountain Fire Observation StationU.S. National Register of Historic Places Show map of New YorkShow map of the United StatesLocationWakely Mountain, Lake Pleasant, New YorkCoordinates43°43′50″N 74°28′25″W / 43.73056°N 74.47361°W / 43.73056; -74.47361Area11 acres (4.5 ha)Built1916ArchitectAermotor CorporationMPSFire Observation Stations of New York State Forest Preserve MPSNRHP reference No.03000998[1]...

 

Pour les articles homonymes, voir Canaries (homonymie). Communauté autonome des Canaries (es) Comunidad autónoma de Canarias Armoiries Drapeau des Îles Canaries Administration Pays Espagne Capitale Santa Cruz de Tenerife et Las Palmas de Grande Canarie[1] Statut d'autonomie 10 août 1982 Sièges au Parlement 15 députés14 (11 élus et 3 désignés) sénateurs Président Ángel Víctor Torres (PSOE) Pouvoir législatif Parlement des Canaries ISO 3166-2:ES ES-CN Démographie Gentilé Canari...

Larry LaRocco Membro della Camera dei rappresentanti - Idaho, distretto n.1Durata mandato3 gennaio 1991 –3 gennaio 1995 PredecessoreLarry Craig SuccessoreHelen Chenoweth-Hage Dati generaliPartito politicoDemocratico Larry LaRocco (Los Angeles, 25 agosto 1946) è un politico statunitense, membro della Camera dei Rappresentanti per lo stato dell'Idaho dal 1991 al 1995. Biografia Originario della California, dopo gli studi LaRocco si arruolò nell'esercito e prestò servizio...

 

1953 Indian filmPanakkaariTheatrical release posterDirected byK. S. Gopalakrishnan[a]Based onAnna Kareninaby Leo TolstoyStarringT. R. RajakumariM. G. RamachandranV. NagayyaMusic byS. V. VenkatramanProductioncompanyUma PicturesRelease date 1 May 1953 (1953-05-01) CountryIndiaLanguageTamil Panakkaari (transl. Rich woman) is a 1953 Indian Tamil-language drama film directed by K. S. Gopalakrishnan.[a] Starring T. R. Rajakumari, M. G. Ramachandran and V. Nagayy...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!